Uğursuz estetik əməliyyatlar qanunla necə tənzimlənir?-AÇIQLAMA

Bölmə: Sosial › ,
Tarix: 21:34 02.04.2024

Anadangəlmə yaxud sonradan əmələ gələn estetik qüsuru aradan qaldırmaq üçün insanlar çox vaxt özlərini həkim bıçağının altına atırlar. Lakin bəzən bu əməliyyatlar uğursuzluqla nəticələnir.

 

Bəs uğursuz əməliyyatdan sonra hüquqi yolla pulu tələb etmək mümkündürmü ?

 

Məsələ ilə bağlı hüquqşünas Əkrəm Həsənov "informator.az"a açıqlama verib. Hüquqşünasın sözlərinə görə, ümumiyyətlə, Avropa ölkələrindən fərqli olaraq Azərbaycanda tibbi məsələlər üzrə istehlakçılar çox çətin vəziyyətdədirlər:

 

"Bu da onunla bağlıdır ki, Azərbaycanda çox həkim heç bir qaydaya riayət etmir və səhlənkarlığa yol verir. Halbuki, bu məsələlərlə bağlı protokollar var, biz bu protokollara riayət etməli və qeydlər aparmalıyıq ki, əməliyyatla bağlı uğursuz hadisə baş verəndə biz məhkəmədə iddia qaldırıb və ittiham edə bilək. Amma əfsuslar olsun ki, bizdə bu məsələlərə riayət edilmir və bu da həkimlərin özbaşınalığına gətirib çıxardır.

 

Azərbaycanda tibb sahəsində xəstələri müdafiə edən quruma ehtiyac var. Çünki həkimlər özbaşınalığa yol açırlar və cəzasız qalırlar. Bu sahəyə ciddi nəzarət olunmalıdır, amma əfsuslar olsun ki, yoxdur".

 

 

Mayıl Soltanov