LGBT nədir?
Bölmə: Sosial › ,Tarix: 11:27 08.04.2024
LGBT – lezbiyan, gey, biseksual və transgender sözlərinin birləşməsindən yaranmış bir abreviaturdur. 1990-cı illərdən bəri istifadə edilən bu termin, 1980-ci illərin ortalarında istifadə edilən və bütün LGBT+ fərdlərin ümumi adlandırılması olan “gey” (və ya lezbiyan) sözünün əvəzinə gəlmiş daha dəqiq və spesifik termindir.
LGBT yəni cinsi azlığın nümayəndələri eramızdan əvvəldən tarix boyu qarşımıza çıxıb. Oxuduqlarımızdan, yazılı mənbələrdən aldığımız məlumatlar sayəsində LGBT-nin sadəcə müasir dövrdə deyil eləcə də qədim dövrdə də olması bunu deməyə əsas verir. Məsələn, müqəddəs kitab olan Qurani-Kərimdə də bu haqda məlumatlar var. Buna misal olaraq Lut Qovmini (Lut Kavmi) göstərə bilərik: “Lut qövmünün pis əməlləri çoxdur. Onların bəzisi Qurani-Kərimdə açıq-aydın, bəzisi isə işarə ilə verilib. Onların pis əməllərindən biri ləvat (həmcinsbazlıq, homoseksualizm) idi. Tarixin müəyyən dövrlərində bu kimi hadisələr sıxlıqla yaşansa belə yazılı mənbələrdə məlumatlar çox az olduğu üçün bizə gəlib çatan məlumatlar limitli formada çatmışdır. Ancaq yenə də orta əsrlərdə də bu cür hadisələr olduğu bizə məlumdur. Həmin dövrlərdən bizə gəlib çatan məlumatlara əsasən homoseksuallıqla bağlı məlumatlar daha çox bizə gəlib çatmışdır. Buna qədim əsərlərdə də rast gəlinir hətta bu əsərlərdə oğlanbazlıq deyirdilər. Əlimizdə olan məlumatlara görə bizim coğrafiyamızda oğlanbazlığın yayılmasının əsas səbəbi kimi İslam dininin yayılmasından sonra kişi və qadınların eyni məkanda olmasına icaxə verilməməsidir. “Din” adamları öz pis əməllərini mədrəsələrdə təhsil alan uşaqları alət edirlərmiş, buna səbəb isə xanımlarla eyni məkana buraxılmamasına, azğın “din” adamları pis əməllərinə çarəni bu cür tapıllarmış və hətta bəzən buna dini donda geyindirirlərmiş. Avam camaat isə buna qarşı çıxa bilmirmiş. Hazırki dövrdə bu cür “din” adamları Əfqanıstan, Pakistan kiçi geridə qalmış ölkələrdə xalqın savadsızlığından istifadə edərək bu əməllərinə davam edirlər.
Müasir dövrdə isə populyar mədəniyyətdən LGTB-nin təşviqatı üçün istifadə olunur. Musiqi səhnələrində konsertlər zamanı sətiraltı mənalarda və həmçinin açıq aydın bir şəkildə LGTB-nin propakandası kimi istifadə olunur. Buna misal olaraq populyar musiqinin beşiyi sayılan Amerikal musiqiçilərin səhnələrdə arxa fonda olan kompozisiyalarını göstərə bilərik.Bu kimi müğənnilər sırasına aiddir: Billie Eilish, Ariana Grande, Cardi B, Dua Lipa və s.
Sadəcə musiqi sahəsində deyil həmdə idman sahəsində də LGBT dəstəklənir. Hazırkı dövrdə idman sahəsində LGBT təbliğatı açıq aydın bir şəkildə gedir. Məsələn ən populyar idman növü olan futbolda ən vacib yarış sayılan Dünya çempionatının son turnirində idmançıların LGBT bayraqlı qol nişanları ilə çıxmalı idi.Lakin bu turnir Qətərdə keçirildiyi belə bir icazə verilmədi. Buna səbəb isə müsəlman dövlət olçası və dində xoş baxılmadığı üçün icazə verilməyib.Buna etiraz olaraq Almaniya başqa formada təbliğat aparmağın yolunu tapdı xatirə şəkli çəkilərkən əllərini ağızlarına tutaraq haqq səsini susdurduqlarını göstərməyə çalışırmışlar.
İndi isə bəzi dövlətlər hətta rəsmi olaraq eyni cinsin nümayəndələrinim ailə qurmasına rəsmi olaraq icazə verir bu dövlətlər sırasına Hollandiya daxildir. Digər bir tərəfdən qəti olaraq qarşı çıxan ölkə kimi Rusiyanı göstərə bilərik. Rusiya dövlət qanunvericiliyində LGBT üzvlərinin görüş, mitinq etməsinə qadağa qoyulmuşdur, bu hal olunarsa qanunvericilikdə cəzalandırılır.
Ərəb yarımadasında bütün ölkələr LGBT-ə qarşıdır.
İnsanların LGTB-ni dəstəkləməməsinin səbəblərindən biri də odur ki, bunu dəstəklədikləri zaman pedofillər onlarında dəstəklənməsini istəyəcəklər çünki LGBT üzvləri bu hiss etdiklərinin özlərindən asılı bir şey olmadığının və bunun qarşısını ala bilmədiklərini söyləyirlər. Bu zaman pedofiliya ilə bağlıda eyni şey söyləniləcək və bu zaman da uşaq istismarını dəstəklənmiş olacaq. Bu hal yaşanmasın deyə insanlar qarşı çıxırlar.
Azərbaycanda Lezbiyan, Gey, Biseksual və Transgender (LGBT) şəxslər Azərbaycanda LGBT fərdi olmayan şəxslərin də qarşılaşdıqları hüquqi problemlərlə qarşılaşa bilirlər. Azərbaycanda həm kişilər, həm də qadınlar arasında eyni cinsli münasibətlər leqal olsa da, eynicinsli ailələr heteroseksual ailələrin malik olduqları hüquqi müdafiəyə malik deyillər.Beynəlxalq Lezbiyan, Gey, Biseksual, Trans və İnterseks Assosasiyasının (ILGA) 10 may 2016-cı ildə açıqladığı məlumata görə Azərbaycan Avropada LGBT fərdlərinin həyat şəraiti və hüquqlarının ən pis vəziyyətdə olduğu ölkədir. Belə ki, yalnız 5 faiz LGBT hüquqlarının təmin olunduğu Azərbaycan 49 Avropa ölkəsinin sıralandığı siyahıda 49-cu yerdə qərarlaşıb.
Həsənova Bənövşə