Tarixdə bu gün-Şeyx Mənsurun anım günü

Bölmə: Araşdırma › ,
Tarix: 22:26 13.04.2024

Bu gün Qafqaz xalqlarının böyük qəhrəmanı, Qafqaz qaçaqlarının hərbi, dini və siyasi lideri-Şeyx Mənsurun anım günüdür.

 

Şeyx Mənsur 1760-cı ildə Çeçenistanda anadan olub. Gəncliyində cəsarəti ilə yaşıdlarından seçilən Mənsur həm də İslam dininə çox bağlı idi. Rusiyanın Qafqazı işğalına başlaması ilə buna qarşı çıxan Mənsur öz təlimini çeçenlər arasında təbliğ etməyə, onları Rusiyaya qarşı yönəltməyə başlayır. İstilaçılara qarşı cihad elan edən Mənsur on minlik qoşun toplayaraq 1783-cü ildə rusları Terek nəhri ətrafında məğlubiyyətə uğratmağa müvəffəq olur. O, bu qələbələrdən cəsarətlənərək 1784-cü ildə özünü imam elan edir.

 

Bu dövrdə Osmanlı imperiyası Krımı geri almaq üçün Rusiya ilə fəal şəkildə müharibəyə hazırlaşırdı. Vəziyyətin bu qədər gərgin olduğu zamanda Şeyx Mənsurun başlatdığı hərəkat rus komandanlığı vahiməyə salır. Ruslar böyük qoşun dəstələri yaradaraq (iki diviziya, onlarla süvari polku, iki kazak alayı) Mənsurun üzərinə hücuma keçirlər. Qeyri-bərabər döyüşlərdə Mənsur əsir alınır və Rusiyaya gətirilir. Burada bir müddət həbs həyatı yaşayan Mənsur Rusiya İmperiyasının çariçası Yekaterinanın əmri ilə 1794-cü ildə edam olunur. Bu böyük və yenilməz qəhrəmanın ölümü bütün Qafqazı yasa boğur.

 

Şeyx Mənsurun ölümü ilə onun tərəfdarları dağılır və müridizm hərəkatı bir qədər səngiyir. Lakin onun ölümü rus işğalçılarına qarşı hərəkatın sonu yox başlanğıcı olur.

 

Yusif Məmmədxanlı