Breketlərin növləri və istifadə qaydaları -AÇIQLAMA
Bölmə: Sosial › ,Tarix: 11:35 18.04.2024
Gözəl gülüşə sahib olmaq üçün əsas amil düz və bəyaz dişlər sayılır. Təəssüf ki, bu hər kəsə nəsib olmur. Hətta diş sırası əyri olan şəxslər çox vaxt adam arasında gülməyə belə utanır, yaxud güləndə əlləri ilə ağızlarını bağlayırlar. Müasir tibb bu problemi aradan qaldırmağın yolunu illərdir tapıb. Söhbət breketlərdən gedir.
Bəs breketlərdən istifadə necə olmalıdır?
Breketlərdən istifadə və dişlərin müalicəsi haqqında stomatoloq İdris Rəhimli "informator.az"a açıqlama verib. O, bildirib ki, ortodontiya - əyri dişlərin düzəldilməsi, diş, çənə və üzdəki uyğunsuzluqların aradan qaldırılması ilə məşğul olan bir bölümdür:
"Ortontik müalicə tək dişlərə deyil həmdə üz quruluşuna təsir edir. Dodaqların önə olması, alt və ya üst çənənin önə olmasından xəbər verir. Və ya əksinə çənə geridə olur bu da üz quruluşuna çox təsir edir. Əlavə diaqnostika üsulları ilə bu problemlərin diş mənşəli və ya sümük skletal mənşəli olduğunu aydınlaşdırırıq. Əgər dişlərlə bağlı olarsa biz breketler və aparatlar vasitəsi ilə müalicə edirik. Amma ciddi sümük anomaliyaları varsa ortoqnatik cərrahiyə vasitəsi ilə çənəni əvvəlcədən planladığımız mm qədərilə önə və geriyə aparırıq".
Stomatoloq dişlərdə əyrilik probleminin uşaq yaşlarında yarandığını və müalicəyə həmin vaxtlarda başlamaq lazım olduğunu bildirib:
"Uşaq yaşlarından olan pis vərdişlərin yəni, barmaq sorma, uzun müddət əmzikdən istifadə etmə açıq dişlərə gətirib çıxarır. Erkən yaşlarında dişlərin çəkilməsi qonşu yerləşən dişlərin yaxınlaşmasına və hələ tam çıxmamış daimi dişlərlərin çıxmasına maneə yaradır bu da öz növbəsində dişlərin əyri çıxmasına ya da heç çıxa bilməməsinə səbəb olur. Bu nəticəyə gəlmək olar ki, erkən diş çəkimi olmasın deyə süd dişlərini zamanında müalicə etmek lazımdır. Uşaq yaşlarında ortodontik problemler çox olur bu hallarda çıxan ve çıxmayan ortodontik spreylərdən istifadə edirik ki, yetkinlik yaşlarında problemləri daha asan həll etmək olsun.
Orthodontik müalicə hər yaşda etmək mümkündür sadəcə dişlərin və ətraf toxumanın paradontun vəziyyətinə baxmaq lazımdır. Diş əti problemləri və ya yanaşı xəstəliklər əks göstəriş ola bilər".
Həkim-stomatoloq breketlərin növlərini də qeyd edib:
"Breketlə müalicə (breketlərin daşıma müddəti) yüngül dərəcəli əyriliklərdə 6-8 ay orta dərəcəli əyriliklərdə 12 ay ağır dərəcəli əyriliklərdə isə 18 ay və daha çox müddət civarındadır. Əyriliklərin dərəcəsi isə müayinə zamanı təyin olunur.
Keramik breketler: Estetik breket növü olan Keramik breketlər əsasən müalicə zamanı breketin görünməsindən şikayət edən pasientlər üçün nəzərdə tutulub. Bu breketlərin metal breketlərdən funksional olaraq heç bir fərqi olmasa da, estetik olaraq daha az görünür.
Metal breketler: günümüzdə breket deyildikdə əsasən ağla gələn metal breket növləridir. Dişlərin üzərinə yapışdırılan, yüksək keyfiyyətli paslanmaz poladdan istehsal olunan metal materiallardır. Müasir dövrdə istifadə olunan metal breketler keçmişə nəzərən daha kiçik, komfortlu və estetikdir. Bəzən vinir və başqa estetik qapaqlar üçün və ya diş implantasiyası üçün müraciət edən pasientlərə 2-3 ayliq ortodontik müalicə tətbiq edirik. Məsələn dişlərdə bir az “rotasiya” dişin yerinde fırlanmış vəziyyətdə dayanması varsa ve biz estetik vinirler planlayırıqsa, birinci dişi normal sıralayırıq sonra estetik vinirleri hazırlayırıq.Və ya diş çəkimindən sonra uzun müddet keçib qonşu dişlər biraz yaxınlaşdıqdan sonra bizə implant yerləşdirmək üçün yeterincə yer olmur. Bu hallarda yayların köməkliyi ilə diş çəkilən boşluq biraz genişləndirilir ve implant yerləşdirilir".
Zeynəb Mustafazadə