Aİ-dən Moldovaya verilən təbii qazın qiyməti ucuzlaşacaq

Bölmə: Dünya › ,
Tarix: 23:02 02.05.2024

“Moldovaqaz” qazpaylayıcı şirkətinin Direktorlar Şurasının sədri Vadim Çeban bildirib ki, may ayında Moldovanın istehlak etdiyi Aİ qaz bazarında alınan qazın qiyməti 1000 kubmetr üçün 450 avrodan 331 avroya düşəcək.

 

O, Telegram kanalında yazıb: “Moldovaqaz və Energocom arasında təbii qazın alqı-satqısına dair müqavilənin şərtlərinə əsasən, 2024-cü ilin may ayında alınan qazın hər MVt-ı 31,13 avro təşkil edəcək ki, bu da 1000 kubmetr üçün 331,22 avroya (ƏDV istisna olmaqla) uyğun olacaq”. 

 

Əvvəllər respublikanın yeganə qaz təchizatçısı olan “Qazprom” 2022-ci ildə gündəlik tədarükünü 30% azaldıb. Rusiya şirkəti bunu Ukrayna ərazisindən tranzitin məhdudlaşdırılması ilə bağlı texniki problemlərlə izah edib. Lakin Kişinyov böhrana görə Rusiyanın təbii qaz ehtiyatlarını günahlandırıb. Bu vəziyyətin fonunda Moldova bütünlüklə “Energocom” dövlət şirkəti vasitəsilə Avropa təchizatçılarından yanacaq almağa üz tutdu.

 

Mənbə: TASS.com

Tərcümə etdi: Gülnisə Əfkari