Yunan mediası Mitsotakisin Ankara səfərini necə şərh etdi?

Bölmə: Dünya › ,
Tarix: 20:39 14.05.2024

Yunanıstanın baş naziri Kiryakos Mitsotakisin Ankaraya səfəri və prezident Rəcəb Tayyib Ərdoğanla görüşü Yunanıstan mətbuatında mühüm yer tutub.

 

İki lider arasında keçirilən görüşdə iki ölkə arasındakı mübahisələrin dialoq yolu ilə həllinə razı olduqları vurğulanıb.

 

Qəzetlər iki liderin Həmas, azlıqların tərifi və ibadətə açılan Kariye mövzularında razılığa gələ bilmədiklərinə diqqət çəkib.

 

Liberal Kathimerini qəzeti iki liderin kameralar qarşısında verdiyi açıqlamalara istinad edərək, “Mülayim bir atmosferdə fikir ayrılıqları davam edəcək” başlığı ilə çıxış edib.

 

Görüşün "müsbət və konstruktiv bir mühitdə" keçdiyi bildirilən xəbərdə iki lider Egeydə qarşılıqlı anlaşma və əmin-amanlıq mövzusunda razılaşması əks olunub.

 

“Ta Nea” qəzeti “Ankara görüşündə nə uduzan, nə də qalib” başlığı ilə çıxış edib.

 

“İki lider müzakirə etdiyi mövzularda razılaşdıqlarını, bəzi mövzularda isə razılaşmadı... İki lider ilin sonuna qədər daha 3 dəfə görüşəcək. ...Həmas və Kariye ilə bağlı açıq-aşkar fikir ayrılığı var idi”.

 

Hökumətyönlü Eleftheros Typos qəzeti yazıb: “Ankarada mülayim külək əsib. İki lider dialoqun davam etdirilməsi barədə razılığa gəliblər. Fikir ayrılıqlarına baxmayaraq, hər bir sahədə əməkdaşlıq etmək qərara alınıb".

 

Liderlərin Ankara görüşü Türkiyə mediasında olduğu kimi Yunanıstan mətbuatında da ümumilikdə müsbət qarşılanıb. Bununla belə, jurnalistlər “bu mülayim dövr nə qədər davam edəcək” sualını da araşdırmağa başlayıblar.

 

İki liderin Ankaradakı görüşü Yunanıstan radio və televiziyası xəbər bülletenlərinin ilk gündəm bəndi olub.

 

Görüşün nəticələri vurğulanıb və iki liderin Həmas və Chora-nın ibadətə açılması ilə bağlı diametral əks fikirləri yer alıb.

 

Aynur Babayeva