Rusiyada böyük qalmaqal!-Daha bir komandir həbs edilib
Bölmə: Siyasət › ,Tarix: 21:01 14.05.2024
Rusiya Müdafiə Nazirliyinin Kadrlar Baş İdarəsinin rəisi general-leytenant Yuri Kuznetsov rüşvətxorluq ittihamı ilə həbs edilib.
Rusiya Müdafiə Nazirliyində rüşvətlə bağlı araşdırma davam edir. Rusiya İstintaq Komitəsinin verdiyi yazılı açıqlamada Rusiya Müdafiə Nazirliyinin Kadrlar Baş İdarəsinin rəisi general-leytenant Yuri Kuznetsovun rüşvət alması səbəbi ilə həbs edildiyi açıqlanıb. Rusiya İstintaq Komitəsinin sözçüsü Svetlana Petrenko açıqlamasında deyib: “Rusiya İstintaq Komitəsinin Baş İstintaq İdarəsi Rusiya Müdafiə Nazirliyinin Baş Kadrlar İdarəsinin rəisi general-leytenant Yuri Kuznetsovu külli miqdarda rüşvətxorluqda şübhəli bilir".
Məhkəmə istintaqın məlumatlarına əsasən, Kuznetsov barəsində həbs qətimkan tədbiri seçilib.
Mənbə:CNN TÜRK
Mayıl Soltanov