Bu 6 davranışa laqeyd yanaşmayın
Bölmə: Sosial › ,Tarix: 22:00 14.05.2024
Uşaqların kiçik yaşda etdiyi bəzi mənfi davranışların zamanla düzələcəyini düşünürük. Vaxtı gələndə bu hərəkətləri dayandıracaqlar. Ancaq uşaqların kiçik yaşlarında belə yalnış olduğunu bilməli olduqları 6 mühüm davranışı gözardı etməməliyik.
1)Kimsə danışarkən sözünü kəsmək.
Biz niyə buna məhəl qoymayaq? Bəlkə uşaq deyəcəyi şeydən çox həyəcanlanır və ya bir sualın cavabını bilmək istəyir. Buna görə də, siz və ya yanınızdakı şəxsin danışarkən sözünüzü kəsməyə cəhd edə bilər. Uşağın bu anda insanların məşğul olduğunu, gözləməli ola biləcəyini, hər zaman və yalnız ona qayğı göstərilməyəcəyini öyrənməlidir. Əgər bu davranışa müdaxilə edilməzsə və hər dəfə sözünüzü kəsəndə ona müraciət etməsəniz, diqqəti cəlb edə bilməyəndə qəzəblənə bilər və əsəbi bir ruh halına bürünə bilər.
Necə imtina edə bilərik? Əvvəlcədən uşağınıza nəzakətlə xəbərdar edin ki, sizin görüşünüz olacaq və ya dostunuz qonaq olacaq və siz danışarkən o, tək başına oynamalıdır. Söhbətiniz əsnasında o sizin qolunuzu çəkirsə və ya müdaxilə etməyə çalışırsa, cavab verməyin və sadəcə barmağınızı dodaqlarınıza aparıb oyununu göstərin. Danışığı bitirdikdən sonra onu yanınıza çağırıb “indi dinləyirəm” deyin.
2)Çox kobud şəkildə oyun oynamaq.
Biz niyə buna məhəl qoymayaq? Uşağınız oyun oynayan zaman dostunu yumruqlayır, oyuncaqlarını yerə və ya bir-birinə vurur, ətrafa qarşı aqresif davranır, dava çıxarır və bənzər şəkillərdə çox kobud oyun oynayırsa bu zaman müdaxilə etmək vacibdir. Başqalarına, insanlara və oyuncaqlara zərər vermək 8 yaşından sonra vərdiş halına gələ bilər. Uşaq aqressiv böyüyərsə, bu, məktəbdə və evdə ciddi problemlər yarada bilər.
Necə imtina edə bilərik? Əsas cümlə; "Bunu sənə etsəm xoşuna gələrmi?" Deyərək empatiya qurmağa kömək edin. "İnsanların bir-birinə, əşyalarına və ətraflarına zərər verməsi xoş deyil" deyə bilərsiniz. Uşağın oynayarkən hirslənməsinin qarşısını almaq üçün bir müddət onun oyun yoldaşı olub, əsəbiləşəndə müdaxilə edə bilərsiniz.
3)Eşitməmiş kimi davranmaq
Biz niyə buna məhəl qoymayaq? Uşağınızdan bir şey etməyi xahiş etsəniz, məsələn: onun oyuncaqlarını götürməsini, ayaqqabılarını geyinməsini, masaya gəlməsini və s. kimi müraciət etmək. Uşaq eşitmirmiş kimi əlindəki və ya ətrafdakılara diqqət yetirir. Bu, uşağın deyilənlərə etiraz etmə tərzi ola bilər. Bununla belə, ona bir şey deyildikdə cavab verməli olduğunu bilməsi vacibdir. Bu davranış yalnız bir intizam problemi deyil, zaman keçdikcə hər şeyin istədiyi kimi olmasını tələb edən nəzarətçi bir xarakter inkişaf etdirə bilər.
Necə imtina edə bilərik? Əgər siz bir dəfə nəsə desəniz və o, eşitməmiş kimi davranırsa, onun yanına gedin və yenidən yaxından söyləyin. Yaxınlaşanda gözlərinizə baxmaq vəziyyətində qalacaq və eşitmədiyini iddia edə bilməyəcək. Cavab verməsini xahiş edin, çiyninə toxunun və təşəkkür edin. Əgər siz onun yanına getdikdən sonra da eyni şəkildə davam edərsə, bunun doğru hərəkət olmadığını ona deyin. Davam edərsə, ona çox sevdiyi bir şeydən məhrum olacağını deyin. Məsələn: Axşam yeməyində dondurma olmayacaq, bu həftəki kinoteatr haqqını itirdin və s. Üçüncü dəfə xəbərdarlığa məhəl qoymasa və eyni şəkildə cavab verərsə, ona yenə istədiyi bir şeydən məhrum olacağını söyləyin.
4)müstəqil davranmaq.
Biz niyə buna məhəl qoymayaq? Uşaqlar müəyyən şeylər etmək üçün icazə istəməlidirlər, hər şeyi öz istəklərinə uyğun ola bilməz. Məsələn: evdən çıxıb dostunun yanına tək getməyə çalışmaq, axşam yeməyindən əvvəl tort və ya peçenye yemək... Misalları çoxaltmaq olar. Bu davranışlar həm təhlükəli, həm də zərərlidir. İcazə alması, kömək istəməsi lazım olduğunu öyrənmək də onu qoruyacaq.
Necə imtina edə bilərik? Bu hərəkətdə əsas ifadə "Bizdən soruşdun?" olacaqdır. Uşaq bilməlidir ki, əvvəlcədən soruşmalıdır. Televizoru yandırmazdan əvvəl soruşmalısan, bizdən soruşmadan evdən tək çıxa bilməzsən. Qaydaların siyahısını hazırlamaq və onları başa düşdüyünə əmin olmaq vacibdir. İkinci addımda, hələ də icazəsiz hərəkət edirsə, ona sevdiyi və istədiyi bir şeydən məhrum olacağını söyləyə bilərsiniz ki, bu davranışın nəticələrinin olduğunu görsün.
5)Daim lağ etmək
Biz niyə buna məhəl qoymayaq? Bu xüsusilə məktəbəqədər yaşda olan uşaqlarda danışarkən gözlərini yummaq, gülməli səslə təkrar etmək, jest etmək kimi davranışlar başlayır. Uşaq əslində bu davranışı ilə valideynlərini sınaqdan keçirir. Əgər bunun müqabilində cavab almasa, artmağa davam edəcək. Bu, gələcəkdə ciddi intizam problemlərinə gətirib çıxara bilər və hörmətsiz və problemli bir uşağa çevrilə bilər.
Necə imtina edə bilərik? Onun davranışından xəbərdar olduğunuzu bildirin. Əsas cümlə: "özünü belə aparmağa başlayanda bilirəm ki, dediklərimi bəyənmədin". Burada məqsəd uşağı pis hiss etdirmək deyil, sadəcə olaraq onun davranışına necə reaksiya verdiyini bildirməkdir. Uşaq bu hərəkətləri davam etdirirsə, danışmayaraq reaksiya verə bilərsiniz. "Belə davrananda mən səni görmürəm, eşitmirəm. Nəzakətlə danışmaq qərarına gələndə mən də səni dinləyə bilərəm" mesajı verə bilərsiniz.
6)Faktları təhrif etdirmək.
Biz niyə buna məhəl qoymayaq? Dostlarına və ya yaxınlarına danışarkən şişirtmək uşaqların təxəyyülünün əlamətidir. Heç vaxt təyyarəyə minməsə də, mindiyini və getmədiyi yerlərə getdiyini söyləməsi, gördüyü xəyalları göstərir. Ancaq zamanında müdaxilə edilmədikdə bu vərdiş halına gələ bilər, hətta yalan danışmağa da səbəb ola bilər. Yalan danışmaq vərdişi bir müddət sonra bəlaya düçar ola və cəmiyyətdə problemlər yarada bilər. Düzgünlüyün bir fəzilət olduğunu gənc yaşda öyrənmələri vacibdir.
Necə imtina edə bilərik? O, hər şeyi şişirtməyə başlayanda onu kənara çəkib, təkbətək danışmaq vacibdir. “Belə bir şey edə bilsəydik, çox yaxşı olardı, amma biz heç vaxt təyyarədə olmamışıq, indi gedib bu vəziyyəti düzəltməyin uyğun olardı”. Bu vəziyyətdə yalançı çobanın hekayəsi çox faydalı olacaq. "Əgər doğru sözlər söyləməsən, sonda heç kim sənə inanmayacaq." Onun nə üçün doğru danışmadığını və ya şişirtdiyini aşkar etmək və bu davranışının məqsədinə çatmadığını ona göstərmək lazımdır. Yalan danışmaqla heç bir yerə çata bilməyəcəyini anladıqda bu vərdişindən əl çəkəcək.
Mənbə: Habertürk
Aysel Ağakərimova