"BDU məşhur məzunları ilə görüş" layihəsinin növbəti qonağı

Bölmə: Sosial › ,
Tarix: 22:57 14.05.2024

Bu gün Bakı Dövlət Universitetinin 105 illik yubileyinə həsr olunmuş "BDU məşhur məzunları ilə görüş" layihəsi çərçivəsində Milli Məclisin üzvü, xalq şairi Sabir Rüstəmxanlı ilə görüş baş tutub.

 

Görüşü Sabir Rüstəmxanlının "Sağol, ana dilim!" şeiri ilə açan yazıçı,publisist Məti Osmanoğlu, gənclərə millət, vətən və dil sevgisini aşılayan bu şeir, onun məğzində duran fikirlər və Rüstəmxanlı barəsində fikirlərini qeyd edib. Ardınca, çıxış üçün BDU-nun rektoru Elçin Babayevə söz verilib. Çıxış zamanı Elçin Babayev, şairin istəkləri nəzərə alıb burada olmağından məmnunluq duyduğunu bildirərək, onun Azərbaycanın dövlətçilik tarixi,elm və 
mədəniyyətinin, ədəbiyyatının inkişafı,təbliğindəki roluna diqqət çəkib. Daha sonra görkəmli  şair, ictimai xadim Sabir Rüstəmxanlı çıxış edərək,həyat yolu, Bakı Dövlət Universitetinin Filologiya fakültəsində təhsil aldığı dövrlərdəki yaradıcılığı, poeziyasının incəlikləri və xatirələrindən söz açıb. Görüş zamanı şair, "Ömür kitabı", "Şair və şər", "Ölüm Zirvəsi" kimi kitabları, onların əsasını təşkil edən məqamlar və s kimi mövzulara toxunaraq, onlardan bir neçəsini universitetə hədiyyə edib. Sonra isə  S.Rüstəmxanlı, tələbələri maraqlandıran sualları cavablandırıb.

 

Sonda isə kollektiv xatirə fotosu çəkilib, görüş yekunlaşıb.

 

Aytac Kərimova