00:00:00
Yazar
Admin User
28.10.2015 13:19 376 1 dəq oxuma
Sosial

Kəmaləddin Heydərov Monteneqronun Baş naziri Milo Cukanoviçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb

Kəmaləddin Heydərov qonağa ölkəmizdə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində görülən işlər haqqında ətraflı məlumat verib.
Kəmaləddin Heydərov Monteneqronun Baş naziri Milo Cukanoviçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Monteneqronun Baş naziri Milo Cukanoviçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

İnformator xəbər verir ki, nazir Kəmaləddin Heydərov qonağa ölkəmizdə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində görülən işlər haqqında ətraflı məlumat verib, iki ölkənin uyğun qurumları arasında əməkdaşlığın geniş perspektivləri olduğunu bildirib.

Monteneqronun Baş naziri Milo Cukanoviç, öz növbəsində, bildirib ki, bütün sahələrdə olduğu kimi, fövqəladə halların qarşısının alınması sahəsində də Azərbaycanla əməkdaşlığın böyük potensialı var.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.


#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər