00:00:00
Yazar
Admin User
14.11.2015 09:00 475 1 dəq oxuma
Siyasət

Xarici işlər naziri Elmar Məmmədyarov fransalı həmkarı Laurent Fabiusa başsağlığı məktubu göndərib

Xarici işlər naziri Elmar Məmmədyarov Parisdə törədilmiş terror aktları ilə əlaqədar Fransa Respublikasının xarici işlər və beynəlxalq inkişaf naziri Laurent Fabiusa başsağlığı məktubu göndərib.

İnformator-un məlumatına görə, məktubda nazir Elmar Məmmədyarov baş vermiş faciə ilə əlaqədar Fransa xarici işlər nazirinə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Fransa xalqına dərin hüznlə başsağlığı verib, yaralananlara və xəsarət alanlara şəfa dilədiyini bildirib.

Elmar Məmmədyarov Azərbaycanın terrorizmi, onun bütün forma və təzahürlərini kəskin şəkildə pislədiyini qeyd edərək, ona qarşı qətiyyətlə və ardıcıl mübarizə aparılmasının zəruriliyini vurğulayıb.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər