“Universal Skrininq” layihəsinin rəhbəri 3-cü sinif şagirdlərinin valideynləri ilə növbəti görüş keçirib
Təhsildə inkişaf və innovasiyalar üzrə VI Qrant müsabiqəsinin qalibi “Universal Skrininq” layihəsinin rəhbəri Məmmədova Vəfa və layihənin təlimçi-mentoru Məmmədova Xəyalə tərəfindən layihə çərçivəsində görüləcək işlərin növbəti addımını- 02.11.2022-ci il tarixində 170 nömrəli tam orta məktəbin skrininq prosesinə cəlb olunmuş 3-cü sinif şagirdlərinin valideynləri ilə görüş keçirmişdir.
Görüşün əsas məqsədi övladlarının bu prosesdə iştirakı ilə bağlı razılığın alınması və uşaqların funksional qabiliyyətlərinin skrininqi üzrə sorğu anketlərinin doldurulması idi.![]()
