00:00:00
Yazar
Admin User
06.01.2026 11:53 77 3 dəq oxuma
Sosial

Azərbaycanda Rusiyanın GEROFARM şirkətinə məxsus, Ozempic-in ilk analoqu olan Semavik qeydiyyata alınıb

Azərbaycanda Rusiyanın GEROFARM şirkətinə məxsus, Ozempic-in ilk analoqu olan Semavik qeydiyyata alınıb

GEROFARM şirkəti Azərbaycanda Tip 2 şəkərli diabetin müalicəsi və artıq çəki terapiyası üçün tətbiq edilən, təsiredici maddəsi semaqlutid olan Semavik preparatını qeydiyyatdan keçirib. Preparatın qeydiyyatı R-Pharm zavodu (“R-Pharm” Şirkətlər Qrupuna daxildir) ilə strateji əməkdaşlığın davamıdır. Preparat ölkədə Danimarkanın Ozempic dərmanının ilk analoqu olub və artıq aptek şəbəkələrində mövcuddur.

 

Semavik Tip 2 şəkərli diabetin müalicəsində vahid kardiometabolik yanaşmanı təmin edən kompleks təsirli preparatdır. Əvvəllər Azərbaycan bazarında semaqlutid tərkibli preparatlar yalnız Novo Nordisk şirkətinin şpris-qələmləri formasında təqdim edilirdi. Yeni preparat Avropa istehsalı olan inyeksiya formasında (şpris-qələm) buraxılır ki, bu da 0,25 mq, 0,5 mq və 1 mq dozaların tətbiqinə imkan yaradır və istifadədə pasiyent üçün rahatlıq təmin edir. Semavikin bir qablaşdırmasının qeydiyyata alınmış qiyməti 153,86 manat təşkil edir ki, bu da ölkə bazarındakı orijinal preparatın dəyərindən 32% aşağıdır.

 

Azərbaycan Səhiyyə Nazirliyinin statistikasına əsasən, 2024-cü ildə təxminən 715 300 nəfər şəkərli diabetdən əziyyət çəkib. Bununla yanaşı, piylənməsi olan pasiyentlərin sayı demək olar ki, iki dəfə çoxdur və 1 530 900 nəfər, yəni ölkə əhalisinin 15%-ni təşkil edir. Bu göstəricilər ölkədə artan piylənmə problemi ilə bağlıdır. Tip 2 şəkərli diabeti olan pasiyentlərin 80-90%-nin artıq çəki problemi ilə üzləşdiyini və piylənmənin insulin müqavimətinin inkişafında əsas təhrikedici faktor olduğunu nəzərə alsaq, artıq çəki ilə mübarizə terapiyanın əsas məqsədlərindən birinə çevrilir. Məhz buna görə də müasir müalicə yanaşmalarında bu patoloji əlaqənin hər iki komponentinə eyni anda təsir göstərə bilən Semavik kimi innovativ preparatlar getdikcə daha geniş tətbiq olunur.

 

Preparatın qeydiyyatı R-Pharm zavodu ilə strateji əməkdaşlıq çərçivəsində atılan növbəti mühüm addım olub. Daha əvvəl bu tərəfdaşlıq çərçivəsində R-Pharm-ın Bakıdakı zavodunun istehsal güclərində RinGlar®, RinFast® və RinFast® Mix 30 insulinlərinin ilk partiyası lokallaşdırılaraq istehsal edilib.

 

“Semavikin Azərbaycan bazarına çıxarılması ölkənin əczaçılıq sahəsinin inkişafına əhəmiyyətli təsir göstərəcək. Keyfiyyət və effektivlik baxımından dünya şirkətlərinin məhsulları ilə müqayisə oluna bilən bu preparat, əhali üçün innovativ dərmanların əlçatanlığının artırılmasına mühüm töhfə verəcək və beynəlxalq əməkdaşlığın inkişafına xidmət edəcək”, - deyə GEROFARM-ın baş direktoru Pyotr Rodionov bildirib.

 

“Şəkərli diabetin müalicəsində preparatların geniş seçimi həkimlərə hər bir pasiyent üçün terapiyanı daha asan və dəqiq müəyyən etməyə imkan verir. Effektiv preparatlara daha əlçatan qiymətlə çıxış imkanı, maliyyə vəziyyətindən asılı olmayaraq daha çox pasiyentə kömək etməyə şərait yaradır və ehtiyacı olan hər kəs üçün keyfiyyətli müalicəyə çıxışı təmin edir”, - deyə aparıcı endokrinoloq, Azərbaycan Endokrinoloqlar Elmi Cəmiyyətinin sədr müavini Babək Saleh bildirib.

 

GEROFARM dünyanın 14 ölkəsində fəaliyyət göstərən beynəlxalq biotexnoloji preparatlar istehsalçısıdır. Şirkət hazırda Rusiyada piylənmənin müalicəsi üçün preparatlar bazarında 1-ci yeri tutur və dünyada TOP-10 insulin istehsalçıları sırasına daxildir. Tibb ictimaiyyətinin və pasiyentlərin yüksək etimadı sayəsində Semavik bu gün Rusiyada semaqlutid tərkibli ən populyar preparatdır və Rusiya Federasiyasının aptek şəbəkələrində satış həcminə görə lider mövqedədir.

 

R-Pharm əczaçılıq zavodu 2019-cu ildən Pirallahı Sənaye Parkında fəaliyyət göstərir. İstehsalat kompleksi MDB məkanında ən müasir müəssisələrdən biri hesab olunur və istehsalat, laboratoriya və logistika bloklarını özündə birləşdirir. Müəssisənin sahəsi 4,6 hektar, illik istehsal gücü isə 250 milyon ədəd məhsul təşkil edir.

 

Semavik/Semaviс dərman preparatı. Beynəlxalq patentləşdirilməmiş adı: semaqlutid. Qeydiyyat vəsiqəsi DV №25-00953, 21.07.2025-ci il tarixində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən verilib.

Əks göstərişlər: preparatın tərkib hissələrinə qarşı yüksək həssaslıq, 18 yaşadək uşaqlar, hamiləlik və südvermə dövrü. İstifadədən əvvəl təlimatla tam tanış olmaq və həkimlə məsləhətləşmək zəruridir.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər