00:00:00
Yazar
Banuçiçək Məmmədova
18.02.2026 23:43 18 2 dəq oxuma
Sosial

Sosial şəbəkələrə giriş şəxsiyyət vəsiqəsi ilə mümkün ola bilər: Azyaşlılara məhdudiyyət tətbiqi gündəmdə

Sosial şəbəkələrə giriş şəxsiyyət vəsiqəsi ilə mümkün ola bilər: Azyaşlılara məhdudiyyət tətbiqi gündəmdə

 

Sosial şəbəkələrdən istifadə qaydalarının sərtləşdirilməsi ilə bağlı yeni təklif müzakirəyə çıxarılıb. Təklifə əsasən, platformalara giriş yalnız şəxsiyyət vəsiqəsi vasitəsilə identifikasiya yolu ilə mümkün ola bilər. Məqsəd azyaşlıların sosial mediaya nəzarətsiz çıxışının qarşısını almaq və kibertəhlükəsizliyi gücləndirməkdir. Məsələ cəmiyyətdə fərqli reaksiyalar doğurub və həm hüquqi, həm də etik baxımdan geniş müzakirə olunur.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında IT eksperti Elvin Abbasov bildirib ki, qlobal platformaların yerli dövlət sistemlərinə birbaşa inteqrasiyası texniki və hüquqi baxımdan real görünmür:

 

“Bu səbəbdən, şəxsi məlumatların qorunması məsələsi platformanın öz daxili təhlükəsizlik protokolları və beynəlxalq audit mexanizmləri çərçivəsində qalır. Əgər dövlət "yaşın doğrulanması" (Age Verification) tələbi qoyarsa, bu, şəxsiyyət vəsiqəsi məlumatlarının Facebook-un serverlərinə ötürülməsi ilə deyil, "sıfır bilik sübutu" (Zero-Knowledge Proof) kimi texnologiyalar və ya müstəqil üçüncü tərəf provayderlər vasitəsilə həyata keçirilə bilər. Beləliklə, məlumatların qorunması platformanın vətəndaşın dəqiq kimliyini deyil, yalnız onun dövlət tərəfindən müəyyən edilmiş yaş limitinə uyğunluğunu təsdiq edən şifrələnən bir "token" alması ilə təmin edilə bilər. İfadə azadlığı və anonimlik baxımından bu addım kifayət qədər riskli hesab olunur. Anonimliyin aradan qaldırılması kiber-bullinq və saxta xəbərlərlə mübarizədə effektiv olsa da, istifadəçilərdə "daimi izlənilmə" hissi yaradaraq özünüsenzura meyillərini gücləndirə bilər. Xüsusilə vətəndaş-dövlət münasibətləri kontekstində, rəqəmsal şəxsiyyətin hər bir onlayn addımla əlaqələndirilməsi demokratik müzakirə mühitini daralda bilər. Bu səbəbdən, qlobal praktika göstərir ki, identifikasiya tam anonimliyi yox etmək üçün deyil, yalnız qanun pozuntularına görə hüquqi məsuliyyətin (accountability) təmin edilməsi üçün bir filtr rolunu oynamalıdır. Azyaşlılara gəldikdə isə, valideyn nəzarəti modeli "rəqəmsal qəyyum" prinsipi üzərində qurulur. Burada məqsəd uşağın hesabını birbaşa dövlətə bağlamaq deyil, platformanın daxilində valideynin rəqəmsal imzası və ya təsdiqi ilə aktivləşən "məhdudlaşdırılan profil" yaratmaqdır. Bu model uşaqların alqoritmik manipulyasiyadan, reklam istismarından və yad şəxslərin ünsiyyətindən qorunması üçün bir zəncirvari müdafiə yaradır. Lakin bu sistemin işləməsi üçün dövlətin qlobal şirkətlərlə fərdi data mübadiləsi aparması deyil, həmin şirkətlərin yerli qanunvericiliyin tələb etdiyi "uşaq təhlükəsizliyi standartlarını" (COPPA və ya GDPR-K kimi) tətbiq etməsi əsas şərtdir”.

 

Banuçiçək Məmmədova

#gündəm #bilər: #ola #mümkün #baki
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər