00:00:00
Yazar
Lalə Qafarova
19.03.2026 21:11 36 2 dəq oxuma
Siyasət

"2021-ci ildən sonra bütün illər boyu Novruz ərəfəsində Qarabağdayam, bu, böyük xoşbəxtlikdir" - İlham Əliyev

"2021-ci ildən sonra bütün illər boyu Novruz ərəfəsində Qarabağdayam, bu, böyük xoşbəxtlikdir" - İlham Əliyev

 


İlham Əliyev bildirib ki, 2021-ci ildən etibarən hər il Novruz bayramı ərəfəsində Qarabağda olur və bunu böyük xoşbəxtlik hesab edir. Dövlət başçısı bu fikirləri Xanoba kəndi sakinləri ilə görüşündə səsləndirib. Prezident qeyd edib ki, artıq Qarabağ torpaqları işğaldan azad olunub, bölgədə bərpa işləri aparılır və Novruz tonqalları azad torpaqlarda qalanır. Onun sözlərinə görə, bu qələbə Azərbaycanın qürur mənbəyidir və artıq bir neçə ildir bayram Qarabağda qeyd olunur.


Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev bildirib ki, 2021-ci ildən etibarən Azərbaycan Prezidentinin Novruz bayramı ərəfəsində Qarabağın müxtəlif guşələrində tonqal qalaması və oradan xalqa müraciət etməsi sadəcə bir ənənə deyil, həm daxili, bu həmdə milli qururumuzun ən böyük göstəricidir:


“Bu mənzərə onu  göstərir ki, Qarabağda aparılan bərpa siyasəti Azərbaycanın dövlət suverenliyinin tam bərpası ilə yanaşı, həm də regionun iqtisadi-siyasi memarlığını yenidən formalaşdırır. Siyasi baxımdan bu bərpa işləri "işğal faktının tarixin arxivinə verilməsi" mesajını təsdiqləyir; yəni Azərbaycan təkcə hərbi qələbə ilə kifayətlənmir, həm də bu əraziləri mülki həyata qaytarmaqla öz idarəçilik iradəsini sarsılmaz edir.
"Böyük Qayıdış" proqramı çərçivəsində reallaşan məskunlaşma prosesi regionun gələcək təhlükəsizlik arxitekturasında həlledici rol oynayır. Bu qayıdış sadəcə demoqrafik köç deyil, Cənubi Qafqazın geosiyasi mərkəzinin dayanıqlı sülh və inkişaf nöqtəsinə çevrilməsidir. Yeni infrastruktur layihələri, beynəlxalq hava limanları və "ağıllı kənd" konsepsiyaları Qarabağı nəqliyyat-logistika qovşağına çevirməklə, bölgənin xarici investisiyalar üçün cəlbediciliyini artırır. Bu da öz növbəsində gələcəkdə hər hansı revanşist cəhdlərin qarşısında ən böyük "mülki səddi" yaradır.
Prezidentin mütəmadi olaraq Qarabağdan verdiyi mesajlar isə strateji bir xətt üzərində qurulub: Azərbaycan regionun yeni reallıqlarının müəllifidir və bu reallıqlar müzakirə mövzusu ola bilməz. Bayram tonqallarının Şuşada, Xocalıda və ya digər azad olunmuş ərazilərdə qalanması milli qürur hissinin bərpası ilə bərabər, beynəlxalq ictimaiyyətə "sahiblik" ismarışı ötürür. Bu çıxışlar həm də Ermənistandakı radikal qüvvələrə qarşı bir çəkindirmə mexanizmi funksiyasını daşıyır. Yekun olaraq, Qarabağda keçirilən hər bir Novruz bayramı Azərbaycanın öz ərazi bütövlüyü üzərindəki faktiki və hüquqi hakimiyyətinin sarsılmazlığının, eləcə də regionda sülhün qarantı olmaq iradəsinin nümayişidir". 


Reyhan Quliyeva

#sonra #ərəfəsində #xəbər #azərbaycan
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər