00:00:00
Yazar
Nərmin Həşimova
12.05.2026 20:55 29 2 dəq oxuma
Siyasət

“ Trampın “Azadlıq layihəsi” İranın strateji keçid nöqtəsində təsir imkanlarının azaldılmasını hədəfləyir”- ŞƏRH

“ Trampın “Azadlıq layihəsi” İranın strateji keçid nöqtəsində təsir imkanlarının azaldılmasını hədəfləyir”- ŞƏRH

ABŞ və İran arasında gərginliyin artması fonunda Hörmüz boğazı ətrafında təhlükəsizlik məsələləri yenidən beynəlxalq gündəmin əsas mövzularından birinə çevrilib. ABŞ Prezidenti Donald Trampın  irəli sürülən “Project Freedom” (“Azadlıq layihəsi”) adlı əməliyyatın yenidən gündəmə gətirilməsi ehtimalı müzakirə olunur. Layihə Hörmüz boğazından keçən gəmilərin təhlükəsizliyinin təmin edilməsini nəzərdə tutur və əvvəlki mərhələdə müvəqqəti olaraq dayandırılıb. Hazırda bu təşəbbüsü həm region dövlətləri, həm də beynəlxalq ictimaiyyət diqqətlə izləyir.


Mövzu ilə bağlı politoloq Ramiyə Mamedova “İnformator.az”a açıqlamasında bildirib ki, “Project Freedom”un əsas mahiyyəti Hörmüz boğazı ilə bağlı təhlükəsizlik balansının dəyişməsi ilə əlaqədardır:


“Layihə İranın bu strateji keçid nöqtəsindəki təsir imkanlarının azaldılmasını hədəfləyir. Bu o deməkdir ki, Amerika bu layihəni yenidən işə salsa, Hörmüz boğazında İranın nəzarətinə özü müdaxilə etmək ixtiyarına malik olduğunu görür və bununla da Hörmüz boğazından keçən gəmilərin təhlükəsizliyini birbaşa təmin etməlidir. Bu həm logistik, həm də hərbi gəmilər ola bilər. Bunların təhlükəsizliyini ABŞ özü təmin etməlidir. “Project Freedom”un mahiyyəti bundan ibarətdir və bu da İranla yenidən birbaşa münaqişəyə yaxud da yenidən bir problemin ortaya çıxmasına gətirib çıxara bilər. Bu addımın regionda ciddi gərginliklərə yol açmaq ehtimalı yüksəkdir. İran bu məsələdə çox ciddi bir etiraz gücünə malikdir və Hörmüz boğazından keçən bütün gəmilərə nəzarət edir.  Dünya ixracatının təxminən 20%-i bu boğaz üzərindən keçirilir. Ən çox da yanacaq məhsulları və bugünkü gündə əgər bunların hər birinə Amerika özü nəzarət edib və onların təhlükəsizliyini qorumağa çalışsa, bu o deməkdir ki, Amerika hər gəminin yanına öz hərbi gəmilərini yaxud da hərbçilərini yönləndirib onları qorumaq niyyətindədir. Bu da Amerikanın büdcəsinə böyük təsir edəcək. İran da bu məsələdə geri qalmayacaq, öz etirazını bildirərək yenidən Hörmüzdəki gəmilərə qarşı sanksiyalar tətbiq edə bilər və yaxud da ki, oradakı Amerika bazalarına qarşı hansısa bir təsir göstərə bilər. Eyni zamanda, Körfəz ölkələri ilə də münasibətlər korlana bilər və təbii ki, Çin və Rusiya da bu məsələdə heç də laqeyd qalmayacaqlar. Çinin böyük bir ixracatı bu Hörmüz boğazından keçir ki, ona da böyük bir narazılıq yarana bilər. Ona görə bugünkü gündə azadlıq layihəsi olan Trampın layihəsi, hələ nə dərəcədə gərginlik yaratması və böyük bir problemin ortaya çıxmasına səbəb ola biləcəyi məsələsini yenidən qiymətləndirmək lazımdır".


Mehriban Yariyeva

#İran #ABŞ #“Azadlıq layihəsi” #məqsəd
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər