Trampın “Qızıl Günbəz” layihəsi: “1,2 trilyon dollara başa gələ bilər və raket hücumlarının qarşısını almaqda yetərsiz qala bilər”
ABŞ Konqresinin Büdcə Ofisi Donald Trampın “Qızıl Günbəz” adlı raketdən müdafiə sisteminin hazırlanması və 20 il ərzində istismarının təxminən 1,2 trilyon dollara başa gələcəyini açıqlayıb. Bu rəqəm Trampın daha əvvəl bəyan etdiyi 175 milyard dollarlıq büdcədən xeyli yüksəkdir və layihənin iqtisadi əsaslandırılması ilə bağlı ciddi suallar yaradır.
Hesabatda qeyd olunur ki, yüksək xərclərə baxmayaraq, “Qızıl Günbəz” sistemi Rusiya və ya Çinin həyata keçirə biləcəyi mümkün tammiqyaslı raket hücumlarının qarşısını almaqda yetərsiz qala bilər.
Ekspertlər sistemin texnoloji və strateji baxımdan riskli olduğunu bildirirlər. Demokratlar isə layihəni müdafiə sənayesinin maraqlarına xidmət edən bahalı təşəbbüs kimi qiymətləndirərək tənqid edirlər.
BBC
Mələk Hüseynova