00:00:00
Yazar
Səkinəbəyim Cəfərova
31.07.2026 21:46 50 1 dəq oxuma
Siyasət

ABŞ Hörmüz boğazında SEPAH-ın nəzarətini zəiflətmək üçün hərbi əməliyyatlara hazırlaşa bilər-AÇIQLAMA

ABŞ Hörmüz boğazında SEPAH-ın nəzarətini zəiflətmək üçün hərbi əməliyyatlara hazırlaşa bilər-AÇIQLAMA

 

ABŞ ilə İran arasında artan hərbi və siyasi gərginlik strateji əhəmiyyətə malik Hörmüz boğazını yenidən beynəlxalq gündəmin əsas mövzularından birinə çevirib. İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) ABŞ-nin bölgəyə müdaxiləsi və hədələrinin davam etdiyi müddətdə boğazın açılmayacağını bəyan edərək,oraya  tam nəzarət etdiyini və xarici müdaxiləyə imkan verməyəcəyini bildirib.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə bildirib ki, ABŞ-nin özü Hörmüz boğazına nəzarət etməsi bir tərəfdən də Hörmüz boğazı İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH)-ın tam nəzarətindədir və SEPAH buradan keçən gəmilərə qarşı müəyyən məhdudiyyətlər tətbiq edir:

 

"Rəsmi Tehran məhz Hörmüz boğazı ilə bağlı nə güzəştə getmək, nə də buradakı idarəçilikdə hər hansı dəyişiklik etməkdə maraqlıdır.Hörmüz boğazı strateji əhəmiyyət daşıyır və düşünürəm ki, bu istiqamətdə ABŞ və İran arasında hərbi münaqişə davam edəcək. Hazırda bir neçə gün atəşkəs qüvvədə olsa da, yenidən tərəflər arasında bir-birinə qarşı lokal hərbi əməliyyatlar bərpa olunub. ABŞ-ın düşünürəm ki, Hörmüz boğazının açılması istiqamətində hərbi əməliyyatları inkişaf etdirəcək, çünki Hörmüz boğazına tətbiq edilən məhdudiyyətlər həm Amerikanın müttəfiqləri, həmçinin özünün geosiyasi və geostrateji maraqları üçün təhdiddir. Ona görə də düşünürəm ki, ABŞ Hörmüz boğazında SEPAH-ın nəzarətinin tamamilə qarşısını almaq istiqamətində uzunmüddətli, hətta müharibəyə də hazırdır".


Mehriban Yariyeva

#yeni #boğazında #sepah-ın #hərbi #azərbaycan
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər