00:00:00
Yazar
Güllər Gülhüseynova
23.08.2026 18:24 120 1 dəq oxuma
Siyasət

Özbəkistan Prezidenti: İlham Əliyevin məqsədyönlü siyasi kursu nəticəsində Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək mümkün olub

Özbəkistan Prezidenti: İlham Əliyevin məqsədyönlü siyasi kursu nəticəsində Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək mümkün olub

Azərbaycan Prezidenti İlham Əliyevin məqsədyönlü siyasi kursu nəticəsində ölkənin ərazi bütövlüyünü bərpa etmək mümkün olub. 
 

"İnformator.az" xəbər verir ki, bunu Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata birgə bəyanatında deyib. 
 

Özbəkistan Prezidenti bildirib ki, Azərbaycan Prezidentinin məqsədyönlü siyasi kursunu xüsusi qeyd etmək istəyir: “Məhz bu siyasət nəticəsində ölkənin ərazi bütövlüyünü bərpa etmək, çoxdan gözlənilən sülh və sabitliyə nail olmaq mümkün olub. Qədim Qarabağ torpağı yenidən dirçəlir. Burada sosial infrastruktur fəal şəkildə qurulur, iş yerləri və müəssisələr yaradılır. Mən öz gözlərimlə Qarabağda görülən işləri gördüm və buna sevindim. İnsanların dinc və firavan həyata qayıtması üçün hər şey edilir.

 

Azərbaycan bizim etibarlı müttəfiqimiz, strateji tərəfdaşımız və qardaş dövlətimizdir. Münasibətlərimizin əsasında vahid sivilizasiya kodu dayanır. Ümumi tarixi köklər, çoxəsrlik dostluq, sarsılmaz mənəvi dəyərlər, oxşar mədəniyyət və ənənələr var. Məhz bu dərin bağ münasibətlərimizi monolit və xarici konyunkturaya qarşı toxunulmaz edir”.

#siyasi #bərpa #azərbaycan #prezidenti: #i̇lham
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər