00:00:00
Yazar
Səadət Əlizadə
01.10.2026 15:42 20 1 dəq oxuma
Siyasət

Yaşar Gülər: Qırğızıstan və Qazaxıstanın da iştirakı ilə daha böyük təlimlərin keçirilməsini arzulayırıq

 

Yaşar Gülər: Qırğızıstan və Qazaxıstanın da iştirakı ilə daha böyük təlimlərin keçirilməsini arzulayırıq

Sülh və əmin-amanlıq istəyiriksə, müharibəyə hazır olmalıyıq. 
 


"İnformator.az" xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Xocavənddə Azərbaycan-Türkiyə-Özbəkistan birgə hərbi təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü"ndə çıxışında deyib. 


 

O bildirib ki, gələcəkdə Qırğızıstan və Qazaxıstanın da iştirakı ilə daha böyük hərbi təlimlərin keçirilməsini arzulayırlar. 

 

“Mən təlimdə iştirak edən bütün qardaşlarımı təbrik edirəm. İnanıram ki, bundan sonra digər qardaşlarımızın - qırğızların, qazaxların da aramıza qoşulması ilə daha böyük təlimləri həm birlikdə planlaşdıracağıq, həm də uğurla həyata keçirəcəyik. Sülh və əmin-amanlıq istəyiriksə, müharibəyə hazır olmalıyıq. Bütün bunlara görə də biz bölgəmizdəki bütün vəziyyətləri nəzərə alaraq ən yaxşı şəkildə hazırlaşacağıq, amma sülh içində yaşayacağıq”.

#qazaxıstanın #daha #yeni #arzulayırıq
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər