00:00:00
Yazar
Səadət Əlizadə
09.10.2026 14:10 43 1 dəq oxuma
Dünya

Özbəkistan Prezidenti: Azərbaycanın sədrliyi altında bizim format çərçivəsində işlər əlavə impuls qazanacaq

 

Özbəkistan Prezidenti: Azərbaycanın sədrliyi altında bizim format çərçivəsində işlər əlavə impuls qazanacaq

“Azərbaycanı Məşvərət görüşünə sədrliyi qəbul etməsi münasibətilə təbrik etmək istəyirəm”. 

 

"İnformator.az" "Apa"ya istinadən xəbər verir ki, bu təklifi Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Avazada Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət Görüşünün açılışında çıxışı zamanı edib.

 

“Azərbaycanın sədrliyi altında bizim format çərçivəsində işlər əlavə impuls qazanacaq, qardaşlıq səviyyəsində əməkdaşlığımız birliyin, etibarın və həmrəyliyin möhkəmlənməsinə töhfə verəcək”, - deyə Özbəkistan lideri vurğulayıb.

 

Şavkat Mirziyoyev Azərbaycanın Mərkəzi Asiya ilə digər regionlar arasında daha etbibarlı, möhkəm iqtisadi və nəqliyyat məkanının yaradılmasında mühüm rol oynadığını da qeyd edib.

#format #gündəm #xəbər #bizim
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər