00:00:00
Yazar
Zəhra Həsənova
30.10.2026 22:40 44 2 dəq oxuma
Siyasət

Elmir Səftərov: “Moskva regionda öz maraqlarına qarşı təhdid yaranacağı təqdirdə hərbi vasitələrlə cavab verəcəyinə dair mesaj verir”

Elmir Səftərov: “Moskva regionda öz maraqlarına qarşı təhdid yaranacağı təqdirdə hərbi vasitələrlə cavab verəcəyinə dair mesaj verir”

Rusiya Prezidenti Vladimir Putin ölkəsinin Baltik dənizində Hörmüz boğazı və Fars körfəzindəki vəziyyətə bənzər gərginliyin yaranmasını istəmədiyini bildirib. Bununla belə, regionda artan geosiyasi rəqabət və təhlükəsizlik narahatlıqları Baltik dənizində mümkün qarşıdurma risklərini gündəmdə saxlayır.

 

Mövzu ilə bağlı siyasi şərhçi Elmir Səftərov “İnformator.az”a açıqlamasında bildirib ki, Rusiya Baltik dənizində gəmiçiliyə və iqtisadi maraqlarına məhdudiyyət qoyulmasını qəbulolunmaz hesab edir və bunu potensial təhlükə kimi qiymətləndirir.

 

Siyasi şərhçi qeyd edib ki, Rusiya regionda gərginliyin artmasında maraqlı deyil, çünki Ukrayna müharibəsi nəticəsində tətbiq olunan sanksiyalar, aktivlərin dondurulması, maliyyə itkiləri və artan hərbi xərclər ölkənin iqtisadi vəziyyətinə ciddi təsir göstərib. Baltik dənizi isə Rusiya üçün mühüm strateji, ixrac və enerji marşrutlarından biri hesab olunur. Bu istiqamətdə yarana biləcək hər hansı problem Moskvanın əlavə iqtisadi itkilərlə üzləşməsinə səbəb ola bilər.

 

Onun fikrincə, Baltik regionunda təhlükəsizlik vəziyyətini mürəkkəbləşdirən əsas amillərdən biri də NATO-Rusiya münasibətlərindəki gərginlikdir. Xüsusilə, Finlandiya və İsveçin NATO-ya üzvlüyü Rusiyanın regionla bağlı təhlükəsizlik narahatlıqlarını artırıb. 


Siyasi şərhçi əlavə edib ki, Rusiyanın kölgə donanmasına qarşı tətbiq edilən məhdudiyyətlər və dəniz nəzarəti mexanizmləri də mümkün qarşıdurma riskini artıran amillər sırasındadır.

 

Onun qənaətinə görə, bütün bu proseslər Ukrayna müharibəsindən sonra Rusiya ilə Qərb arasında dərinləşən geosiyasi qarşıdurmanın Baltik regionuna da sirayət etdiyini göstərir.

 

Ada Hacızadə

#Moskva #Baltik #Ukrayna #Rusiya
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər