00:00:00
Yazar
Səadət Əlizadə
13.11.2026 20:48 29 2 dəq oxuma
Siyasət

Azərbaycan-Bolqarıstan münasibətlərində yeni əməkdaşlıq imkanları: Tərəfləri hansı perspektivlər gözləyir?

Azərbaycan-Bolqarıstan münasibətlərində yeni əməkdaşlıq imkanları: Tərəfləri hansı perspektivlər gözləyir?

Bolqarıstanın baş naziri Azərbaycanın ölkəsi ilə dostluq və əməkdaşlıq münasibətlərindən məmnunluq duyduğunu bildirib. Bu açıqlama iki ölkə arasında mövcud əlaqələrin və strateji tərəfdaşlığın əhəmiyyətini bir daha gündəmə gətirir.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlama verən enerji eksperti İlham Şaban bildirib ki, Azərbaycan-Bolqarıstan münasibətlərini müsbət inkişaf edən və strateji əhəmiyyət daşıyan əməkdaşlıq kimi qiymətləndirmək olar:

 


"Xüsusilə enerji sahəsində tərəfdaşlığın genişləndirilməsi iki ölkə arasında əlaqələrin daha da möhkəmlənməsinə şərait yaradır. COP31 çərçivəsində Azərbaycan, Bolqarıstan, Gürcüstan və Türkiyə arasında təmiz enerji sahəsində strateji tərəfdaşlıq haqqında Sazişin imzalanması da bu münasibətlərin yeni mərhələyə keçdiyini göstərir".

 

 

Onun fikrincə, enerji əməkdaşlığının genişləndirilməsi həm Azərbaycan, həm də Bolqarıstan üçün iqtisadi baxımdan faydalıdır:


 

"Yeni yaşıl enerji dəhlizi vasitəsilə Azərbaycanın Avropa bazarına elektrik enerjisi ixrac etmək imkanları genişlənəcək. Xüsusilə Bolqarıstan bazarı Azərbaycan üçün cəlbedicidir. Çünki ölkədə enerji qiymətləri yüksəkdir və elektrik enerjisinə tələbat böyükdür. Bolqarıstanın qaz qıtlığı səbəbindən elektrik enerjisindən daha geniş istifadə etməsi də bu bazarın əhəmiyyətini artırır. Beləliklə, Azərbaycan yeni ixrac imkanları, Bolqarıstan isə alternativ enerji təchizatı əldə edə bilər".

 

 

Sonda o bildirib ki, gələcəkdə Azərbaycan və Bolqarıstan arasında əməkdaşlığın xüsusilə enerji, iqtisadiyyat və nəqliyyat-logistika sahələrində genişlənməsi gözlənilir:

 

 

"Yaşıl enerji dəhlizinin inkişafı regional bağlantıları gücləndirməklə yanaşı, Azərbaycanın Avropa enerji bazarında mövqeyini də möhkəmləndirə bilər. Elektrik enerjisinin kommersiya sazişləri əsasında Avropaya ixracı Azərbaycan üçün yeni gəlir mənbələrinin yaranmasına şərait yaradacaq. Eyni zamanda, mövcud siyasi dialoq və qarşılıqlı maraqlar iki ölkə arasında strateji tərəfdaşlığın daha da dərinləşməsinə zəmin yaradır".

 

 

Fatimə İbrahimova

#əməkdaşlıq #azərbaycan #gündəm #münasibətlərində #hansı
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər