00:00:00
Yazar
Səadət Əlizadə
27.11.2026 20:07 134 2 dəq oxuma
Siyasət

Azərbaycan-Ermənistan münasibətlərində yeni mərhələ: Simonyanın səfərində hansı məsələlər gündəmə gələcək?

Azərbaycan-Ermənistan münasibətlərində yeni mərhələ: Simonyanın səfərində hansı məsələlər gündəmə gələcək?

Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan dekabrın əvvəlində Azərbaycana səfər edəcək. Səfərin Bakı deyil, Gəncə və ya başqa bir şəhərdə keçirilməsi gözlənilir. Görüş zamanı ikitərəfli münasibətlər, iqtisadi əməkdaşlıq, texniki məsələlər və sülh gündəliyinin müzakirəsi nəzərdə tutulur.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlama verən Milli Məclisin VII çağırış deputatı Azər Allahverənov bildirib ki, səfər iki ölkə arasında münasibətlərin normallaşdırılmasına və sülhün möhkəmləndirilməsinə xidmət edə biləcək vacib addımlardandır:

 

"Alen Simonyanın Azərbaycana səfəri və Hikmət Hacıyevlə görüşü sülh prosesinin irəli aparılması baxımından mühüm əhəmiyyət daşıyır. Görüşdə tərəflərin sülhə xidmət edən maraqlarına uyğun məsələlərin müzakirəsi və həmin istiqamətlər üzrə konkret fəaliyyətlərin həyata keçirilməsi gözlənilir. Burada əsas məqsəd mövcud sülh prosesinə xələl gətirmədən münasibətlərin normallaşdırılmasına səbəb olacaq səylərin göstərilməsinə nail olmaqdır".

 

 

Onun sözlərinə görə, Tranzit daşımaları, yanacaq ixracı, qarşılıqlı ticarət və TRIPP layihəsi əməkdaşlığın əsas istiqamətləri kimi dəyərləndirilə bilər:

 

 

"Azərbaycan ərazisindən Ermənistana tranzit yüklərin daşınması və ölkəmizdən Ermənistana kommersiya məqsədilə yanacaq ixracı iqtisadi əlaqələrin artıq formalaşmağa başladığını göstərir. Gələcəkdə Azərbaycan və Ermənistan məhsullarının qarşılıqlı satışının təşkili də müzakirə oluna bilər. Nəqliyyat sahəsində isə iki əsas istiqamət diqqət çəkir:

 

"Azərbaycan üzərindən tranzit daşımaları və TRIPP layihəsi. Bu məsələlərin görüşdə müzakirəsi tərəflər arasında iqtisadi və logistika əlaqələrinin genişlənməsinə töhfə verə bilər".

 

Sonda o bildirib ki, xüsusilə konstitusiya dəyişiklikləri, sülh müqaviləsi və etimad quruculuğu istiqamətində müzakirələr əhəmiyyətli ola bilər:

 

"Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılması sülh müqaviləsinin imzalanması üçün mühüm şərtlərdən biridir. İlkin məlumatlara əsasən, bu məsələ ilə bağlı 2027-ci ildə referendum keçirilməsi nəzərdə tutulur.
Bununla yanaşı, cəmiyyətlər arasında etimadın formalaşdırılması da xüsusi əhəmiyyət daşıyır. Ekspert hesab edir ki, Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin qarşılıqlı görüşləri bu istiqamətdə müsbət rol oynaya bilər. Bununla yanaşı onu da təxmin edə bilərəm ki, A.Simonyanın Azərbaycana səfəri çərçivəsində həm də Ermənistanın Konstitusiya layihəsi ilə bağlı siyasi proseslər və cəmiyyətlərarası qarşılıqlı etimad məsələlərinin də müzakirə olunsun".

 

 

Fatimə İbrahimova

#səfərində #münasibətlərində #hansı #azərbaycan #azərbaycan-ermənistan
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər