00:00:00
Yazar
Admin User
15.10.2023 14:18 393 1 dəq oxuma
Siyasət

PREZİDENT İLHAM ƏLİYEV ''BİZ BU GÜN XANKƏNDİNİN MƏRKƏZİNDƏYİK, AZƏRBAYCAN BAYRAĞI ALTINDA, BU, TARİXİ HADİSƏDİR''

PREZİDENT İLHAM ƏLİYEV ''BİZ BU GÜN XANKƏNDİNİN MƏRKƏZİNDƏYİK, AZƏRBAYCAN BAYRAĞI ALTINDA, BU, TARİXİ HADİSƏDİR''

Bu gün vaxtilə - hələ işğal dövründə dediyim sözlər və xalq tərəfindən təkrarlanan sözlər mənim üçün ən böyük mükafatdır. Mən o vaxt demişdim ki, nəyi, necə, nə vaxt etmək lazımdır, onu mən bilirəm.

 

İNFORMATOR.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdıqdan sonra çıxış edərkən söyləyib.

 

Dövlətimizin başçısı deyib: “İkinci Qarabağ müharibəsi dayananda da Azərbaycan xalqı bilirdi ki, mən bunu bilirəm. O gündən üç il keçməmiş biz bu gün buradayıq, Xankəndidəyik, Xankəndinin mərkəzindəyik, Azərbaycan Gerbi, Azərbaycan Bayrağı altında. Bu, böyük xoşbəxtlikdir və tarixi hadisədir. İndi bu tarix haqqında danışmaq mənim üçün bəlkə o qədər də düzgün deyil. Çünki bu tarixi biz yaşamışıq, bu tarixi biz yaratmışıq”.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər