00:00:00
Yazar
Admin User
22.04.2015 08:10 413 2 dəq oxuma
Siyasət

2015-ci ilin birinci rübündə törədilən cinayətlər üzrə dövlətə 200 milyon manatdan artıq ziyan vurulub

Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi 13 şəxs barəsində axtarış elan edib, 2 nəfər tutularaq istintaqa təhvil verilib, 21 şəxs isə beynəlxalq axtarışa təqdim olunub
2015-ci ilin birinci rübündə törədilən cinayətlər üzrə dövlətə 200 milyon manatdan artıq ziyan vurulub

2015-ci ilin birinci rübündə törədilən cinayətlər üzrə dövlətə 200 milyon manatdan artıq ziyan vurulub. Dəymiş ziyanın dövlət büdcəsinə ödənilməsi məqsədilə 173 milyon manatlıq əmlak üzərində həbs qoyulub. 122 milyon manatın dövlət büdcəsinə ödənilməsi təmin edilib. Faktlar Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rübün yekunları ilə bağlı açıqlamasındandır. 2015-ci ilin birinci rübündə korrupsiya cinayətlərində birinci yeri mənimsəmə ilə bağlı faktlar tutur. Sonra dələduzluq, vəzifədən sui-istifadə, rüşvət alma və digər cinayətlər gəlir. Baş Prokuror Yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyevin sözlərinə görə, bu cinayətlər üzrə dövlətə 200 milyon manatdan artıq ziyan vurulub. Dəymiş ziyanın dövlət büdcəsinə ödənilməsi məqsədilə 173 milyon manatlıq əmlak üzərində həbs qoyulub. 122 milyon manatın dövlət büdcəsinə ödənilməsi təmin edilib. Hesabat dövrü ərzində məhkəməyə göndərilmiş cinayət işləri üzrə vurulmuş 18 milyon manatdan artıq ziyanın 6 milyona yaxını ödənilib, 104 min manat dəyərində əmlak üzərində həbs qoyulub. Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Milli Təhlükəsizlik, Daxili İşlər, Vergilər Nazirliyi və digər dövlət qurumları ilə birgə istintaq-əməliyyat qrupu yaradıb. Baş İdarəyə Milli Təhlükəsizlik Nazirliyindən 6, Fövqəladə Hallar Nazirliyindən 4, Ədliyyə Nazirliyindən 1, Dövlət Miqrasiya Xidmətindən 1, Daxili İşlər Nazirliyindən 2 material daxil olub. Onlardan bəziləri üzrə cinayət işlərinin başlanması təmin edilib. Bəzi hallarda isə digər tədbirlər görülüb, şəxslərin intizam məsuliyyətinə cəlb edilmələri təmin olunub. Bundan əlavə, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi 13 şəxs barəsində axtarış elan edib, 2 nəfər tutularaq istintaqa təhvil verilib, 21 şəxs isə beynəlxalq axtarışa təqdim olunub.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər