Kylian Mbappe: Yeni komandam üçün həyəcanlıyam

Tarix: 23:04 30.05.2024
PSJ-dən ayrılan və Real Madridə imza atacağı gözlənilən Kylian Mbappe, "Yeni komandama qoşulmaq üçün səbirsizlənirəm" deyib.
Paris Saint-Germain-dən ayrılan Kylian Mbappe gələcəyi və yeni klubu üçün danışıb.
Yeni komandasının bir neçə gündən sonra açıqlanacağını bildirən fransız ulduz belə qeyd edib:
"Xoşbəxt olmaq istəyirəm, həyatımda ilk dəfə ölkəmi tərk edirəm və çox həyəcanlıyam. Bu inanılmaz təcrübə olacaq. Yeni komandama qoşulmaq üçün səbirsizlənirəm".
Mbappe:
"Mən kuboklar qazanmaq və yeni komanda yoldaşlarımla birlikdə olmaq istəyirəm. İstəyirəm ki, ailəm xoşbəxt olsun və mənimlə karyeramdan həzz alsın".
25 yaşlı ulduz futbolçunun yeni komandasının Real Madrid olacağı gözlənilir.
Mənbə: En Son Haber
Nəzrin Mirzəyeva