Messinin başçılıq etdiyi "İnter Mayami"ni məğlub edib

Bölmə: İdman › ,
Tarix: 22:05 11.05.2025

 

MLS-də həyəcan St. Paula köçüb... Minnesota Yunayted doğma azarkeşləri önündə "İnter Mayami"ni qəbul edib. Messinin qolu yetərli olmayıb, Mayami komandası mövsümün ən ağır məğlubiyyətini alıb. Minnesota Yunayted öz azarkeşləri qarşısında fırtına kimi meydana çıxıb.

 

Bongokuhle Hlongwane pərdəni açıb. İlk hissənin zədəli vaxtında Entoni Markaniç dubl edib. Lionel Messi ikinci hissənin əvvəlində səhnəyə çıxıb. O, Jordi Albanın ötürməsi ilə topu tora göndərərək hesabı 2-1 edib. Lakin ümid qısa olub...Marselo Veyqandtın uğursuz avtoqolu ilə fərq yenidən ikiqat artıb. Minnesota isə fürsətdən istifadə edib. 70-ci dəqiqədə Tani Oluvaseyidən topu Robin Lod vurdu və Mayami hesabı 4-1 olub. Minnesota ardıcıl ikinci mövsümünü qazanıb və bütün yarışlarda üç oyunluq qələbə seriyasını qırıb.

 

"İnter Mayami" isə Messinin qoluna baxmayaraq, mövsümün ən böyük məğlubiyyətinin qarşısını ala bilməyib.

 

TRT SPOR

Güllər Gülhüseynova