Bu gün dünya şöhrətli boksçu Məhəmməd Əlinin anım günüdür

Tarix: 15:10 03.06.2024
3 iyun dünya şöhrətli boksçu Məhəmməd Əlinin anım günüdür. O, 1942 -ci ildə dünyaya göz açıb. Əsl adı Kassius Marsellus olan Məhəmmədəlini Boks tarixçiləri, idman ekspertləri, keçmiş və indiki boksçular, azarkeşlər "Bütün Zamanların Ən Böyük Boksçusu" olaraq qəbul edir.
Müasir boksun əksər taktikaları ona məxsusdur. Məhəmməd Əlidən sonra gələn Evander Holifild, Mayk Tayson ,Roy Jones, Vladimir Kliçko, Vitali Kliçko və digər onlarla əfsanəvi boksçu və hazırki, yeni dünya çempionları məhz Əlidən bəhrələndiklərini, ilham aldıqlarını dəfələrlə bildiriblər.
Məhəmməd Əli, 3 qat dünya çempionu tituluna yiyələnən ilk ağırçəkili boksçu kimi də tarixə düşüb. Həmçinin, 3 dəfə Mütləq Dünya Çempionu adına sahib çıxmış yeganə boksçudur. O, TIME jurnalının açıqladığı "Tarixin Dahi 100 Şəxsiyyəti" arasında adı olan yeganə idmançıdır. Eyni zamanda , Məhəmməd Əli dünyada "İnsan Hüquqları Mühafizəçisi" və ABŞ-də ilk İslam Təşkilatının Liderlərindən də biri olub.
Aytac Baxşiyeva