Yıldız Holdinq Basketbol komandası çempiondur

Tarix: 20:31 06.06.2024
Yıldız Holdinq Basketbol Komandası 2024 Şirkətlərarası Basketbol Liqasında (CBL) çempionluq kubokunu qaldırıb.
CBL Çempionu Yıldız Holdinq Basketbol Komandası ikinci çempionluğunu qazanıb. Holdinqdən verilən məlumata görə, 2024-cü il Şirkətlərarası Basketbol Liqasının (CBL) çempionu olan Yıldız Holdinq Basketbol Komandası uğurlu çıxışını davam etdirərək, CBL Türkiyə Çempionu olub.
31 may - 2 iyun tarixləri arasında Antalyada keçirilən və müxtəlif vilayətlərdən 8 komandanın mübarizə apardığı turnirin finalında "Pota Ulduzları" Ankara təmsilçisi HAVELSAN-ı məğlub edərək Türkiyə çempionu olub. Eyni zamanda, Yıldız Holdinq Basketbol Komandasının oyunçularından Canberk Uzunkaya turnirin Ən Dəyərli Oyunçusu (MVP), Sinan Mete Taygan Qol Kralı, Abdurrahman Aksu isə Asist Kralı olub.
Vüqar Alışov
TRT Haber