Premyer Liqada VAR qərarı

Bölmə: İdman › ,
Tarix: 22:49 06.06.2024

May ayında ‘’Vulverhempton’’ klubu VAR sisteminin yetərsiz olduğunu iddia edərək, sistemin ləğv olunmasını tələb edib. Bu tələbdən sonra Premyer Liqa klubları öz aralarında səsvermə keçirmək qərarına gəliblər. Səsvermə zamanı “Vulverhempton”dan başqa bütün klubların VAR sistemini dəstəklədiyi görülüb.

 

Premyer Liqadan edilən açıqlamada, "VAR daha dəqiq qərarlar qəbul etməyə imkan versə də, oyunun və azarkeşlərin xeyrinə təkmilləşdirmələrin aparılmasına razılıq verildi",-deyə qeyd edilib.

 

’Vulverhempton’’un təklifi ilə başlayan səsvermənin ardından 20 liqa klubunun iştirak etdiyi İllik Ümumi Yığıncaqda qərar qəbul edilib. NTV-də yayımlanan xəbərə görə, Premyer Liqada VAR sistemi tətbiq olunmağa davam edəcək.

 

Ayaz Zeynalzadə