AVRO 2024: Avropada futbol həyəcanı bu gün başlayır

Tarix: 19:26 14.06.2024
Bu gün futbol üzrə 2024-cü il Avropa çempionatı və ya məlum olduğu kimi UEFA AVRO-2024 start götürür.
Bir ay davam edəcək turnirlə bağlı bilməli olduğunuz sualları topladıq.
AVRO 2024-ün ev sahibi kimdir və nə vaxt başlayır?
UEFA turnirə ev sahibliyi etmək üçün mübarizə aparan Türkiyə və Almaniya arasında seçimi 2018-ci ilin sentyabrında Almaniyanın xeyrinə edib.
AVRO-1988-i Qərbi Almaniya təşkil etdi. AVRO 2024 Şərqi və Qərbi Almaniyanın birləşməsindən sonra ölkədə keçiriləcək ilk Avropa Futbol Çempionatı olacaq. Almaniya da sonuncu dəfə 2006-cı ildə futbol üzrə dünya çempionatına ev sahibliyi edib.
Turnir A qrupunda yer alan Almaniya ilə Şotlandiya ilə Münhendə keçiriləcək oyunla iyunun 14-ü CET vaxtı ilə saat 22:00-da başlayacaq.
Qrup mərhələsi iyunun 26-dək davam edəcək. 1/8 finala iyunun 29-da start veriləcək.
Avropa futbolunun ən böyük oyununu müəyyən edəcək final matçı iyulun 14-də paytaxt Berlində oynanılacaq.
Hansı ölkələr mübarizə aparır?
AVRO-2024-də ümumilikdə 24 komanda altı qrupda mübarizə aparır. Hər qrupda dörd ölkə var.
Turnirdə mübarizə aparacaq komandalar arasında Türkiyə də var.
Qruplar və ölkələr aşağıdakılardır:
A qrupu: Almaniya, Şotlandiya, Macarıstan, İsveçrə
B qrupu: İspaniya, Xorvatiya, İtaliya, Albaniya
C qrupu: Sloveniya, Danimarka, Serbiya, İngiltərə
D qrupu: Polşa, Hollandiya, Avstriya, Fransa
E qrupu: Belçika, Slovakiya, Rumıniya, Ukrayna
F qrupu: Türkiyə , Gürcüstan, Portuqaliya, Çexiya