‘’Borrusiya Dortmund’’ yeni baş məşqçisini açıqlayıb

Tarix: 21:36 14.06.2024
Edin Terziçin Dortmund "Borussiya"sındakı müddətinin başa çatması ilə yeni baş məşqçi Nuri Şahin olub. Alman komandası Nuri Şahinlə 3 illik müqavilə imzalandığını açıqlayıb.
İmzadan sonra Nuri Şahin açıqlamasında "Borussiya Dortmund"un baş məşqçisi olmaq mənim üçün böyük şərəfdir. Mənə etimad göstərdikləri üçün klubda məsul olan hər kəsə təşəkkür edirəm. Mən ilk gündən mümkün olan ən yüksək uğura nail olmağı səbirsizliklə gözləyirəm." "Biz buna nail olmaq üçün hər şeyi böyük enerji və böyük həvəslə edəcəyik,’’-deyə qeyd edib.
Ayaz Zeynalzadə