Slovakiya: 1 - Ukrayna: 2 | Matçın NƏTİCƏSİ

Bölmə: İdman › ,
Tarix: 21:44 21.06.2024

2024-cü il futbol üzrə Avropa çempionatının E qrupunun ikinci oyununda Slovakiya irəlidə olduğu matçda Ukraynaya 2:1 hesabı ilə uduzub. Qarşılaşmada ilk qolu 17-ci dəqiqədə Slovakiya təmsilçisi Şranz vurduğu halda, Ukrayna bu qola 54-cü dəqiqədə Mikola Şaparenko ilə cavab verib və heç-heçəyə nail olub. Sonradan oyuna daxil olan Yaremçuk 80-ci dəqiqədə qolu vuraraq Ukraynanı önə çıxararaq matçın hesabını müəyyən edib.

 

Futbol üzrə 2024-cü il Avropa çempionatının E qrupunun ikinci oyununda Slovakiya və Ukrayna milliləri üz-üzə gəlib. Düsseldorf Arenada keçirilən qarşılaşmada geridən gələn Ukrayna 2:1 hesabı ilə qalib gəlib.

 

Qarşılaşmada ilk qolu 17-ci dəqiqədə Slovakiya təmsilçisi Şranz vurduğu halda, Ukrayna bu qola 54-cü dəqiqədə Şaparenko ilə cavab verib və heç-heçə edib. Sonradan oyuna daxil olan Yaremçuk 80-ci dəqiqədə qolu vuraraq Ukraynanı önə çıxararaq matçın hesabını müəyyən edib.

 

Qrupun ilk oyununda Belçikanı 1:0 hesabı ilə məğlub edən Slovakiya sürpriz nəticə əldə edib. Ukrayna ilə görüşdə də önə keçən slovaklar hesabı saxlaya bilməyib və məğlub olublar.

 

İlk oyununda Rumıniyaya 3:0 hesabı ilə uduzan Ukrayna bu görüşdə təslim olmayıb. 54-cü dəqiqəyə qədər geridə qalan Ukrayna iki qol vuraraq Slovakiyanı məğlub edərək 3 xalı əldə edib.

 

Bu nəticə ilə Slovakiya və Ukrayna AVRO-2024 E qrupunda xalları bərabərləşdiriblər. Qruplarda hər iki komandanın 3 xalı var.

 

SON MAÇLAR

 

Belçika-Ukrayna

Slovakiya-Rumıniya

 

Mənbə: Haber Türk

Tərcümə etdi: Aysel Ağakərimova