Qalatasaraydan Conni Kardosoya böyük təklif!

Tarix: 22:27 24.06.2024
Transfer cəhdlərini davam etdirən "Qalatasaray" üçün İspaniyadan flaş iddia gəldi. Sarı-qırmızılıların "Real Betis"də çıxış edən Conni Kardoso üçün heyrətləndirici təklif etdiyi iddia edilib.
Yeni mövsüm öncəsi transfer səylərini davam etdirən və ilk olaraq Mişi Batşuayini transfer edən "Qalatasaray" üçün İspaniya mətbuatından təəccüblü iddia gəldi.
Sarı-qırmızılılar transferdə sağ və sol cinah mövqelərinə üstünlük versə də, "Real Betis"in yarımmüdafiəçisi Conni Kardosonun da "Qalatasaray"ın gündəmində olduğu iddia edilirdi.
Diario de Sevillada çıxan xəbərə görə, "Qalatasaray"ın Braziliyada olduğu müddətdə izlədiyi Conni Kardoso üçün "Real Betis"ə 18 milyon avro və bonus təklif etdiyi bildirilib.
Bildirilib ki, “Real Betis” oyunçusuna böyük maraq göstərdiyi üçün hələlik bu təklifdən imtina edib.
Qalatasaray xaricində 22 yaşındakı Amerikalı orta sahə oyunçusu ilə; Roma, PSJ və Juventus, Barselona, Atletico Madrid və Borussia Dortmund kimi komandaların maraqlandığı iddia edilir.
Bu komandalar arasında indiyədək ən ciddi təklifin “Qalatasaray” tərəfindən edildiyi qeyd olunub.
"Real Betis"in 22 yaşlı yarımmüdafiəçi üçün gözləntisinin ən azı 25-30 milyon avro olduğu bildirilir.
İspaniyanın "Real Betis" komandası yanvarda Conni Kardosonun hüquqlarının 80 faizini Braziliya təmsilçisi "İnternacional"dan alıb.
Real Betis ilə müqaviləsi 2029-cu ilə qədər davam edən Kardoso İspaniya yığması ilə 19 oyun keçirib və 1 qol vurub, 2 məhsuldar ötürmə edib.
Mənbə: Haber Türk
Tərcümə etdi: Aysel Ağakərimova