Batşuayi "Galatasaray"da ilk məşqində

Bölmə: İdman › ,
Tarix: 23:38 03.07.2024

"Galataararay"ın yeni transferi Mişi Batşuayi sarı-qırmızılı komanda ilə ilk məşqinə çıxıb. 

"Galatasaray"ın heyətinə qatılan belçikalı hücumçu sarı-qırmızılılar üçün çalışmağa başlayıb.

 

"Galatasaray"ın sosial media hesabından edilən açıqlamada bildirilib ki, "Yeni transferimiz Mişi Batshuayi komandamızla ilk məşqinə çıxdı".

 

Sarı-qırmızılı komanda son olaraq "Fenerbahçe"de çıxış edən 30 yaşlı mərkəz hücumçusu ilə 3 illik müqavilə imzalayıb. Belçikalı ulduz bir müddət "Beşiktaş"ın formasını da geyinib. 

 

Vüqar ALIŞOV