Norris: "Liderliyi Oskara vermək doğru olan seçim idi"

Bölmə: İdman › ,
Tarix: 12:36 22.07.2024

Lando Norris yarışın son dövrələrində komanda sifarişlərini və yerini Piastriyə qaytardığı anları dəyərləndirib.

 

Yarışı ikinci yerdə başa vuran britaniyalı pilot: "Komanda bunu məndən istədi, mən də etdim. Hamısı bu qədərdir" dedi.

 

"Oskar yaxşı başladı, startda məni keçdi və sonra yarışı yaxşı idarə etdi. O, bu nöqtəyə addım-addım gəlirdi və bu gün buna layiq idi".

 

"Komanda olaraq əla gün idi, düşünürəm ki, bu, əsas şeydir. Çox xoşbəxtəm. Uzun bir səyahət oldu. Buna layiq olmaq bu gün etdiyimiz şeydir. Biz digərlərindən xeyli irəlidə idik, ona görə də qalib gəldik".

 

"Bizim iki yaxşı sürücü və gözəl komandamız var. bu gün bizim günümüz idi".

 

"Spa'da hər şey tamamilə dəyişə bilər. Eyni şəkildə davam etməyə çalışacağıq".

 

Mənbə: Motorsport 

Məhəmməd Qasımov