BMT Türkiyənin Rusiya - Ukrayna müzakirələrinə ev sahibliyini alqışlayıb

Bölmə: Dünya › ,
Tarix: 00:25 14.05.2025

"İnformator.az" xəbər verir ki, bu barədə qurumun sözçüsü Stefan Dujarrik “Anadolu” agentliyinə deyib.

 

“Türkiyənin bu münaqişəyə son qoymaq səylərində oynadığı rolu hər zaman yüksək qiymətləndiririk. Mövqeyimiz dəyişməzdir – münaqişənin BMT-nin müvafiq qətnamələrinə və beynəlxalq hüquqa uyğun şəkildə həll olunmasını istəyirik və bu məqsədə yönəlmiş bütün səyləri dəstəkləməyə davam edirik”, - o bildirib.


O söyləyib ki, görüş planı haqqında detallar konkretləşəndə bu barədə daha ətraflı açıqlama veriləcək.

 

Qeyd edək ki, mayın 15-də Türkiyədə Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Rusiya və Ukrayna arasında ali səviyyədə görüşün keçirilməsi nəzərdə tutulur. Ağ Ev rəhbəri Donald Trampın da görüşdə iştirak edəcəyi gözlənilir.