"Qarabağ''ın növbəti rəqibi bəlli oldu!

Bölmə: İdman › ,
Tarix: 19:45 22.07.2024

UEFA Avropa Liqasının 3-cü təsnifat mərhələsinin püşkü atılıb. Qarabağ üçün çox maraqlı bir püşk atılıb. Belə ki, Ağdam klubu sabahkı matçı səfərdə keçirəcək. Hər iki matçda qalib gələrsə növbəti Çempionatları Liqası mərhələsinə keçə biləcək.

 

İnformator.az xəbər verir ki, Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin “Linkoln” – “Qarabağ” cütünün Avroliqadakı mümkün rəqibi də müəyyənləşib.

 

Bu cütdə uduzan tərəf Avropa Liqasının 3-cü mərhələsində "Lüdoqorets" (Bolqarıstan) – "Dinamo" (Minsk, Belarus) cütünün məğlubu ilə qarşılaşacaq. “Linkoln” – “Qarabağ” cütünün məğlubu ilk görüşü səfərdə keçirəcək.

Maraqlıdır ki, “Linkoln” – “Qarabağ” cütünün qalibi də ÇL-in 3-cü mərhələsində "Lüdoqorets" (Bolqarıstan) – "Dinamo" (Minsk, Belarus) cütünün qalibi ilə üz-üzə gələcək. 

Qeyd edək ki, Avropa Liqasının 3-cü təsnifat mərhələsinin matçları avqustun 8-də və 15-də keçiriləcək.

 

Məhəmməd Qasımov