"Galatasaray"ın yeni sağ cinah müdafiəçisi Jelert

Tarix: 18:28 25.07.2024
Kopenhagen Elias Jelertin transferi üçün "Galatasaray"la anlaşdıqlarını açıqlayıb.
Transferi elan edən tərəf Danimarka komandası olub. Açıqlamada, " "Galatasaray"ın Elias Jelert üçün yenilənmiş təklifi qəbul edilib" deyilib.
Kopenhagen infrastrukturunda yetişən 21 yaşlı futbolçu 2022-2023 mövsümünün əvvəlində A komandasına yüksəlib. Karyerasında 97 matça çıxan danimarkalı futbolçu 1 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
Mənbə: TRT Haber
Zəhra Həsənova