Hakan Fidan: "Ukrayna ilə bağlı İstanbul danışıqlarının formatı hələ müəyyən edilməyib"

Bölmə: Dünya › ,
Tarix: 16:57 14.05.2025

"Mayın 15-də Türkiyədə keçiriləcək görüşdə Ukrayna ilə bağlı birbaşa danışıqların formatı hələ müəyyən edilməyib".

 

“İnformator.az” xəbər verir ki, bu barədə Türkiyənin XİN rəhbəri Hakan Fidan "TRT Haber" telekanalına müsahibəsində bildirib.

 

"Danışıqların formatı hələ tam müəyyən edilməyib, lakin biz onların uğurlu olacağına ümid edirik. Biz əvvəldən bu müharibənin tez bir zamanda başa çatmasının tərəfdarı idik", - deyə türkiyəli nazir vurğulayıb.


"Bu gün mən NATO ölkələrinin XİN başçılarının Antalyadakı qeyri-rəsmi görüşü çərçivəsində Ukrayna xarici işlər naziri ilə yenidən görüşəcəyəm. Bizim üçün mümkün qədər tez atəşkəsə nail olmaq və sistemli sülh danışıqlarına başlamaq vacibdir. Əldə etdiyimiz nəticələrdən bir qədər məmnunam. Yəni hər iki tərəf iradə nümayiş etdirir. Niyyətlər çox vacibdir, biz bu müharibəni dayandırmaq istəyirik", - deyə Fidan qeyd edib.