Verstappen: "Perezə yox, avtomobillərə diqqət yetirməliyik"

Tarix: 21:11 29.07.2024
Belçikada növbəti çətin yarışdan sonra Serxio Perezin "Red Bull Racing" sürücüsü kimi gələcəyi şübhə altındadır. Lakin komanda yoldaşı Maks Verstappen hesab edir ki, daha böyük problem başqa yerdədir.
İnformator.az xəbər verir ki, 2024-cü il Belçika Qran Prisi hər iki Red Bull sürücüsü üçün çətin yarış idi. Çempionatın lideri Maks Verstappen yarışa 11-ci yerdən başlayıb və aldığı güc blokunun dəyişdirilməsi cəzasına görə yarışı 4-cü yerdə başa vurub.
Serxio Peres yarışa birinci cərgədən başlayıb, lakin akkumulyator problemi, təkər ömrü və strategiya ilə mübarizə aparıb və yarışı altıncı yerdə başa vurub.
Meksikalının performansı 2026-cı ilə qədər olan müqavilənin uzadılmasından sonra kəskin şəkildə aşağı düşüb.
Lakin Peresin komandada qalacağına sarsılmaz inamı var və komanda yoldaşı Verstappen də düşməyə görə onu günahlandırmağın ədalətsizlik olduğunu düşünür.
Belçika Qran Prisindən sonra Verstappen dedi: “Məncə, indi bizim diqqətimizi çəkən şey avtomobildir. Biz əsasən buna diqqət yetirməliyik, çünki düşünürəm ki, Checo-nun həftəsonuna baxsanız, çox müsbət idi. Yarışda, xüsusən də təkərlərlə bağlı bəzi çətinliklərimiz oldu və diqqətimizi buna yönəltməliyik”.
Məhəmməd Qasımov