Ferrari yenidən zirvəni hədəfləyir!

Bölmə: İdman › ,
Tarix: 23:03 30.07.2024

Ferrari zirvəyə qayıtmaq üçün sentyabr ayında bir sıra yeniliklər təqdim etməyi hədəfləyir.

 

Çarlz Leklerlə Monakoda son qələbəsini qazanan İtaliya komandası son həftələrdəki zəif çıxışını aradan qaldırmaq üçün bir sıra yeniliklər tətbiq etməyi planlaşdırır.

Sentyabr ayı Scuderia Ferrari üçün çox vacib ay olacaq.

Ferraridə texniki yenidənqurma elan ediləcək və yenidən qələbəyə nail olmaq üçün yeni yeniləmələr təqdim ediləcək.

 

Yeniləməsindən istifadə və 4-cü güc blokuna keçid də nəzərdən keçirilir. Monzada təqdim ediləcək bu yeniləmələr komandanın daha rəqabətli olması və mövsümün qalan hissəsində qələbə qazanması üçün böyük əhəmiyyət kəsb edir.

 

Mənbə: Motorsport

Məhəmməd Qasımov