Tramp: Əgər Putin Ukrayna danışıqları üçün İstanbula getsə, mən də getmək istəyirəm

Tarix: 21:47 14.05.2025
"ABŞ prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinin Ukrayna danışıqları üçün İstanbula getdiyi təqdirdə danışıqlara qatılmaq istədiyini bildirib. Tramp Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddan Körfəz turunun ikinci dayanacağı olan Qətərə uçarkən, "Bilirəm ki, orada olmağımı üstün tutursunuz və bu bir ehtimaldır. Müharibəyə son qoya bilsək, bu barədə düşünəcəm".
“Reuters”in məlumatına görə, Trampın nümayəndəsi Stiv Vitkoff dövlət katibi Marko Rubio ilə İstanbulda keçiriləcək danışıqlarda iştirak edəcəyini bildirib. Lakin planlaşdırılan danışıqlarla bağlı qeyri-müəyyənlik davam edir. Rusiya tərəfi kimin gedəcəyini hələ açıqlamayıb. Ukrayna isə öz növbəsində növbəti addımları barədə qərar verməzdən əvvəl vəziyyətin daha aydın olmasını istəyir. Tramp Rusiya ilə Ukrayna arasında 30 günlük atəşkəs istəyir və Ukrayna lideri Vladimir Zelenski də bunu dəstəkləyir. Bununla belə, Putin əvvəlcə danışıqların başlamasını istədiyini və bu danışıqlarda atəşkəsin müzakirə oluna biləcəyini bildirib.
Mənbə:BBC NEWS
Tərcümə etdi: Səmayə Səftərova