ABŞ-İran danışıqları aparılacaq

Tarix: 22:51 14.05.2025
ABŞ-İran danışıqlarının dördüncü raundu texniki məsləhətləşmələrə paralel olaraq keçiriləcək.
Mövzu ilə bağlı politoloq "İnformator.az" a açıqlamasında bildirib ki, İran-ABŞ münasibətlərinin düzəlməsindən, qaydasına düşəcəyindən danışımaq hələ tezdir:
"Çünki bu vaxta qədər görürük ki, dəfələrlə ABŞ və İran arasında bu və ya digər formada danışıqlar olub. Həm İran daxilindəki siyasi qrupların maraqlarından asılı olaraq dəyişir, ya da ki, regional məsələlərdən, siyasi proseslərə uyğun olaraq dəyişir. Buna görə də, bir az bu məsələdən indiki halda danışmaq tezdir. Əgər bu həll olunarsa ki, fərz eləyək ki, həll olunacaq. Amma məsələ burasındadır ki, əgər ABŞ ilə İran mümkün danışıqlara gəlsələr, razılaşsalar, o zaman nəticə necə olmalıdır? İran da, ABŞ da öz maraqlarına Yaxın Şərqdə müəyyən mənada vaxt keçirməyi bacarmalıdır. Bunu nə dərəcədə bacaracaqlar, onun özü belə sual altındadır. Yəni İran belə deyək, Yaxın Şərqdəki qrupları tərksilah edəcəkmi? ABŞ-yə arxalana biləcəkmi? Tərəflərdə bir birinə qarşı bir arxayınçılıq yoxdur. Yəni problemin kökü ordan başlayır. Arxalana bilmədikləri üçün münaqişənin gərginliyini azalda bilmirlər. Qarşıdakı dövrdə məsələnin həlli ilə bağlı ortaq yol tapacaqlarmı, o bir az hələ görsənmir. Qısaca tunelin sonunda işıq hələ ki görünmür. Amma düşünürəm ki, əgər həqiqətən həm İran tərəfi- molla rejimi, həm də Amerika Birləşmiş Ştatları Tramp administrasiyası bunu istəyəcəksə, nəticədə o zaman müəyyən bir irəliləyiş ola bilər. Amma bu əzəli bir problem olduğu üçün bu iki dövlət arasında məsələni həll etmək o qədər də asan iş deyil".
Aysel Mirzəyeva