Qalatasaray Zalevski transferi üçün təklifi dəyişdi!

Bölmə: İdman › ,
Tarix: 21:14 12.09.2024

Kerem Aktükoğlunun gedişindən sonra cinah transferi üçün səylərini davam etdirən "Qalatasaray"ın gündəmində Nikola Zalevski var idi. Təklifi rədd edilən "Qalatasaray" qiyməti artırıb.

İtaliyaya gələrək "Roma"da çıxış edən polşalı futbolçu Nikola Zalevski üçün bazarlıq masasına oturan "Qalatasaray"a gözlənilməz xəbər gəlib.
Qalatasaray Zalevskinin transferi üçün səylərini davam etdirirdi. Lakin polşalı futbolçu yüksək təklifə baxmayaraq Romada qalmağa üstünlük verib.

Sentyabrın 13-də bağlanacaq transfer dövründən əvvəl sarı-qırmızılı komandanın idarəçiləri transferi tamamlamaq üçün İtaliyaya yollanıb. “Qalatasaray” “Roma” ilə şifahi razılığa gəlsə də, futbolçunu razı sala bilməyib.

Son hadisələrə baxmayaraq, "Qalatasaray" transferdən vaz keçməyib və futbolçunu razı salmaq üçün danışıqlarını davam etdirir. Alınan məlumata görə; "Qalatasaray" və "Roma" Zalevski ilə bağlı anlaşmağa yaxındır. Zalevskiyə yeni təklif də edilib. Yəni "Qalatasaray" Zalevskinin maliyyə tələblərini ödəsə, transfer mümkün olacaq. Transfer hələ yekunlaşmayıb.

Zalevskinin transferi müsbət nəticə verməsə, "Qalatasaray" "Napoli"dən Mario Rui və ya "Milan"dan Fode Ballo-Tureni transfer edə bilər.

Mənbə: Hüriyyet
Fatimə Abdulrəhimli