“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib

Tarix: 22:06 01.07.2025
“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.
"İnformator.az" xəbər verir ki, bu barədə Bakı təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Klub 25 yaşlı dayaq yarımmüdafiəçisi Zinədin Uld Xaledlə 2 illik müqavilə imzalayıb. Fransanın “Anje” klubunun yetirməsi olan oyunçu karyerası ərzində bu klubun əsas və B komandalarında çıxış edib.