Putin Rusiya ordusundakı əsgərlərin sayını 180 min nəfər artırıb

Bölmə: Dünya › ,
Tarix: 19:58 16.09.2024

Rusiya prezidenti Putin Rusiya ordusundakı əsgərlərin sayını 180 min nəfər artırıb. Putinin imzaladığı fərmanla hərbçilərin ümumi sayı 2 milyon 389 mini keçib.

Rusiya prezidenti Vladimir Putin Rusiya ordusundakı əsgərlərin sayını təqribən 180 min nəfər artıraraq, hərbi personalın ümumi sayını 2 milyon 389 mindən çox artıran fərman imzalayıb.

Putinin imzaladığı və Rusiya Dövlət Hüquq İnformasiya Sistemində dərc olunan fərmana əsasən, Rusiya Silahlı Qüvvələrinin şəxsi heyətinin sayı 1 milyon 500 mini əsgər olmaqla 2 milyon 389 min 130 nəfər olaraq müəyyən edilib.
Qərar dekabrın 1-dən qüvvəyə minəcək.

Putin 2023-cü ilin dekabrında imzaladığı fərmanla Rusiya ordusundakı şəxsi heyətin sayını 1 milyon 320 mini əsgər olmaqla 2 milyon 209 min 130-a çatdırıb.

Mənbə: Habertürk
Elnurə Kərimova