FED 4,5 ildən sonra faiz dərəcələrini endirdi

Bölmə: Dünya › ,
Tarix: 23:15 18.09.2024

ABŞ Federal Ehtiyat Sistemi (FED) son 4 ildə ilk dəfə siyasət faizini endirib və 50 baza bəndi azaldaraq 4,75-5,00 faiz aralığına endirib. FED sədri Powell, "İnflyasiya üçün yuxarı risklər azaldı, məşğulluq üçün aşağı risklər artdı" deyib.

FED-in verdiyi açıqlamada faiz dərəcəsinin 50 bənd endirilməsi qərarının 1 əleyhinə 11 səslə qəbul edildiyi bildirilib. Mişel Bowmanın 25 baz bənd faiz endiriminin tərəfdarı olduğu və əleyhinə səs verdiyi bildirilib.

Açıqlamada, inflyasiya və risk tarazlıqlarında əldə edilən irəliləyişlər fonunda, federal fondların faiz dərəcəsi üçün hədəf aralığının 50 baz bəndi azaldılaraq yüzdə 4,75-5,00 aralığına salınmasına qərar verildiyi ifadə edilib.

Fed sonuncu dəfə faiz dərəcələrini 2020-ci ildə endirib.

2020-ci ilin mart ayında yeni növ koronavirus epidemiyasının iqtisadi təsirləri ilə bağlı narahatlıqlar səbəbindən FED siyasət faiz dərəcəsini 0-0,25 faiz aralığına endirib və monetar ekspansiya həyata keçirib.

Aktiv alış əməliyyatını tamamlayan və ölkədə artan inflyasiya fonunda 2022-ci ildə faiz artırmağa başlayan FED, 2022-ci ilin mart ayından etibarən faiz dərəcələrini 11 dəfə artıraraq, cəmi 525 baza bəndi artırıb.

Bu artımlarla bankın siyasət faizi 2001-ci ildən bəri ən yüksək səviyyə olan 5,25-5,50 faiz aralığına yüksəlib.

Siyasət dərəcəsini sonuncu dəfə 2023-cü ilin iyul ayında 25 baza bəndi artıran Fed, ardıcıl 8 iclasda faiz dərəcəsini dəyişməz olaraq, cari diapazonda sabit saxlayıb.

ABŞ-da inflyasiya 2022-ci ilin iyun ayında illik 9 faizlə 1981-ci ildən bəri ən yüksək səviyyəyə çatdıqdan sonra avqust ayında illik bazda 2,5 faizlə gözləntilərə uyğun idi.

Mənbə : TRT Haber
Lalə Qafarova