Netanyahu BMT Baş Assambleyasında çıxış edəcək

Bölmə: Dünya › ,
Tarix: 22:31 18.09.2024

İsrailin baş naziri Benyamin Netanyahu Livandakı partlayışlara və iki dövlətin sərhədindəki vəziyyətə baxmayaraq, BMT Baş Assambleyasında (GA) çıxış edəcək. 
Bu barədə "İnformator.az" RİA Novosti- ə istinadən xəbər verir.

“Hazırda İsrail nümayəndə heyətinin ABŞ-a səfərinin qrafikində, baş nazir Netanyahunun planlaşdırılan görüşlərində və BMT tribunasından çıxışında heç bir dəyişiklik yoxdur”, - agentliyin həmsöhbəti bildirib.

Qeyd edək ki, bundan əvvəl BMT Baş Assambleyası (GA) İsraili işğal olunan Fələstin ərazilərini tərk etməyə çağıran qətnamə qəbul edib.  Sənəddə həmçinin Təl-Əvivdən “ərazilərin qeyri-qanuni işğalı nəticəsində dəymiş bütün zərəri ödəməsi” tələb olunur.  Ölkənin Xarici İşlər Nazirliyi BMT-nin bu qərarını “axmaqlıq paradı” adlandırıb.

 

Banuçiçək Kalbalıyeva